Accessibility links

Bağdadda bomba partlayışlarında 24 nəfər həyatını itirib


Hücumun məsuliyyətini İŞİD öz üzərinə götürüb

Bağdadda iki ayrı-ayrı avtomobildə yerləşdirilmiş bombaların partlaması nəticəsində azı 24 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

15 nəfərin öldüyü bildirilən ilk partlayış Bağdadın Karrada bölgəsində yerləşən tanınmış dondurma mağazası önündə baş verib.

Hücumun məsuliyyətini İŞİD öz üzərinə götürüb.

İlk bomba partlayışından bir neçə saat sonra Şavaka ərazisində yerləşən hökümət binasının qarşısında isə ikinci partlayış baş verib. Bu partlayışda 9 insanın həyatını itirdiyi bildirilir.

Hücumlar Ramazan ayının başlanmasından bir neçə gün sonra törədilib. Gün ərzində oruc tutduqları üçün adətən axşam vaxtı kafe və restoranlarda insanların sayı daha çox olur.

Keçən il Ramazan ayında Karradada baş verən və 300 nəfərin ölümülə nəticələnən bomba hücumlarının məsuliyyətini də İŞİD öz üzərinə götürmüşdü.

XS
SM
MD
LG