Accessibility links

İraqda intiharçı hücumlar davam edir


İraqın şimalında intiharçı hücumları nəticəsində 9 nəfər həlak olub.

Rəsmilər deyir ki, Mosulda həyata keçirilən hücum polis patrul xidmətini hədəf alıb və bir polis işçisini ilə yanaşı 3 mülki vətəndaşın ölümü ilə nəticələnib.

Bağdaddan 200 kilometr şimalıdakı Tuz Xormato şəhərində silahlılar 3 polis öldürüb, 4 nəfəri isə yaralayıb.

Tikrit və Samirə şəhərlərində də zorakılıqlar qeydə alınıb.

Hücumlara görə məsuliyyəti heç kəs öz üzərinə götürməyib.
XS
SM
MD
LG