Accessibility links

Iraqın bir neçə şəhərində partlayışlar baş verib


İraq rəsmiləri paytaxt və şimal şəhərlərdə partlayışların 35 nəfərin həyatına son qoyduğunu və 100-dən çoxunu yaraladığını deyib.

Rəsmilər avtomobildə və yol kənarına yerləşdirilmiş bombaların əksəriyyətinin təhlükəsizlik qüvvələrini hədəf aldığını ehtimal edir. Bağdadda silsilə partlayışlar nəticəsində azı səkkiz nəfər, Kərkükdə isə doqquz nəfər həlak olub. İntiharçı hücumu eyni zamanda Baquba, Bağdadın şimalında həyata keçirilib. Partlayışlar Samirə və Taci şəhərlərinin yaxınlığını da hədəf alıb. Tədricən sabitlik əldə etmiş İraqda yeni partlayışların məsuliyyətini üzərinə alan olmayıb. Şiələrin çoxluq təşkil edən İraqda hücumlara görə sünni müsəlman ekstremistlər günahlandırılır.

XS
SM
MD
LG