Accessibility links

İraqın şimalında qanlı hücumlar baş verib


İraqın şimalında qanlı hücumlar baş verib
İraqın şimalında qanlı hücumlar baş verib

İraqın şimalındakı Mosul şəhərində koordinasiyalaşmış bombalanma əməliyyatları nəticəsində azı altı adam həlak olub.

Polis və tibbi rəsmilər deyirlər ki, partlayışlar şənbə günü hökumət binası yaxınlığındakə izdihamlı küçədə baş verib. Partlayışlar azı 55 adamı yaralayıb.

Bu arada hökumət rəsmiləri deyirlər ki, silahlı şəxslər Tikrit yaxnlığındakı kənd məktəb müəlliminin evinə hücum ediblər. Onlar müəllim də daxil olmaqla ailənin dörd üzvünü qətlə yetirmişlər. Öldürülənlərdən üçü uşaqlardır.

ABŞ qüvvələrinin İraqı tərk etməyə hazırlaşdığı bir vaxt, hücumların sayında artım müşahidə olunur.

XS
SM
MD
LG