Accessibility links

İraqda polis kapitanı ailəsi ilə birlikdə qətlə yetirilib


Cümə axşamı polis əl-Qaidə əlehdarını və onun ailə üzvlərini qətlə yetirən hücuma görə əl-Qaidə təşkilatını itiham edib

İraq polisi Bağdadın mərkəzində bir neçə silahlı şəxsin su şöbəsinin işçisini ailəsi ilə birlikdə qətlə yetirdiyini bildirdi. Polisin dediyinə görə, cümə günü paytaxtın Abu Qreyb hissəsində hücum zamanı həmin adam, onun həyat yoldaşı və iki uşağı qətlə yetirilib. Polis məlumat verir ki, cümə günü eyni zamanda, ölkənin şimalında Baquba şəhərində avtomobil partlayışı zamanı altı nəfər xəsarət alıb. Polis deyib ki, partlayış polis kapitanının mənzilini hədəfə almışdır. Cümə axşamı polis əl-Qaidə əlehdarını və onun ailə üzvlərini qətlə yetirən hücuma görə əl-Qaidə təşkilatını itiham edib. Polis deyib ki, hücum onun Fəllucənin şəhərində yerləşən mənzilində baş verib. Polis kapitanının həyat yoldaşı daxil olmaqla, azı dörd ailə üzvü odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Öldürülən şəxs 2006-cı və 2007-ci illərdə ABŞ və İraq qüvvələrinə əl-Qaidəyə qarşı mübarizəyə kömək edən hökumətin dəstəklədiyi sünni militant yerli Oyanış hərəkatının üzvü idi.

XS
SM
MD
LG