Accessibility links

Fransa və Britaniya liderləri İrma qasırğasının dağıtdığı adaları ziyarət edir


ABŞ-ın Florida ştatının Ki adalarında İrma qasırğasının təsirinə məruz qoyduğu insanların axtarışı və xilasetmə işlərinin davam etdiyi bir vaxt, Fransa və Britaniya liderləri Karib hövzəsindəki ərazilərində təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına diqqəti artırmağa çalışır.

Britaniyanın Vircin adası
Britaniyanın Vircin adası

Fransa prezidenti Emanuel Makron bu gün gücünə görə 5-ci kateqoriyaya aid İrma qasırğasının keçən həftə dağıntılar yaratdığı Sant-Martin və Sant-Bartelemi, Britaniyanın xarici işlər naziri Boris Conson isə Anquilla və Britaniya Vircin adalarını ziyarət edib. Hər iki lider qasırğa qurbanlarına əlavə yardım göstəriləcəyinə söz verib.

Saint-Martın adası
Saint-Martın adası

Birləşmiş Ştatlarda milli televiziya ilə keçirilən tele-marafon zamanı İrma və Harvi qasırğasının qurbanlarına yardım olaraq on milyonlarla dollar məbləğində yardım toplanır.

Şou-biznes dünyasının bəzi məşhur ulduzları çərşənbə axşamı Hand in Hand (Əl-ələ) tele-marafonu zamanı çıxışlar edib, ianə kampaniyasında iştirak edən tamaşaçıların telefon zənglərinə cavab verib və insanları yardım göstərməyə çağırıb.

XS
SM
MD
LG