Accessibility links

Tramp İrma qasırğasının vurduğu zərəri müşahidə etmək üçün Floridada olacaq


ABŞ prezidenti Donald Tramp cümə axşamı İrma qasırğasının vurduğu zərərləri və bərpa işlərini müşahidə etmək məqsədilə cənubi-qərbi Floridaya səfər edəcək.

Tramp ştatı artıq əsas fəlakət zonası elan edib və bununla federal yardımın verilməsini sürətləndirilib.

Rəsmilər deyirlər ki, hal-hazırda elektik təminatının bərpası əsas prioritetdir.

Müxbirlər qarşısında çıxış edən Florida qubernatoru Rik Skot bildirib ki, görüləsi işlər çoxdur və enerji təminatının bərpası üçün işlər görülür. Qubernator əlavə edib ki, ən çox zərər Ki adalarındakı evlərə dəyib.

XS
SM
MD
LG