Accessibility links

ABŞ Suriyada "aşağı səviyyəli" İslam Dövləti üzvlərinin azadlığını dəstəkləyir


Suriyada minlərlə İslam Dövləti döyüşçüsünün saxlandığı izdihamlı həbsxanalarda artan gərginliyi azaltmaq səyləri Vaşinqtonda təmkinlə qarşılanır.

Baxmayaraq ki, yüzlərlə terrorçu qruplaşmanın tərəfdarlarının sərbəst gəzməsinə icazə verilir.

Keçən həftə ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDF) siyasi qolu olan Kkürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Şurası (SDC) tərəfindən tətbiq olunan plan ümumi amnistiya ilə "aşağı səviyyəli" adlandırılan İslam Dövləti üzvlərinin sərbəst buraxılmasını tələb edir.

Onsuz da bu kimi 631 Suriya vətəndaşının sərbəst buraxılaraq, evlərinə qayıtmalarına icazə verilib. Digər 253 nəfərin isə cəzaları yarıya endirilib. Kürd səlahiyyətliləri yaxın aylarda daha çox insanın azad ediləcəyini bildirib.

Məsələ də ABŞ da var.

Dövlət Departamentinin sözçüsü Amerikanın Səsinə verdiyi açıqlamada "bu geri dönüş və reinteqrasiya təşəbbüslərini müsbət olaraq görürük" deyib. O bildirib ki, azad edilmələr "icmaları üçün radikallaşma riski yarada bilənləri və zorakı cinayətkarları nəzərdə tutmur.

Məsələnin həssaslığı nəzərə alınaraq adının açıqlanmaması şərti ilə danışan rəsmi prosesin rahat getməsinə kömək etmək üçün yardım edilə biləcəyini deyib.

"Biz koalisiya tərəfdaşlarımızla birlikdə davamlı sabitləşmə təşəbbüslərini qəbul edən icmaları dəstəkləməyə hazırıq" - deyə, rəsmi bildirib.

Əsir götürülən İD döyüşçüləri və İD tərəfdarları ilə nə ediləcəyinə dair narahatlıqlar terror qruplaşmasının xilafətinin 2019-cu ilin martında məhvindən sonra artıb.

Aylardır Pentaqon səlahiyyətliləri o dövrdə 2000 xarici döyüşçü daxil olmaqla, 10 000-dən çox əsir götürülən İD döyüşçüsünün saxlanılması üçün SDF tərəfindən yaradılan ondan çox müvəqqəti həbsxananın davam gətirməyəcəyi barədə xəbərdar edir.

Xəbərdarlıqlar mart atından başlayaraq həbsxanalardakı qiyamların baş qaldırması ilə daha da artıb.

O zaman minlərlə İŞİD üzvü saxlanılan Əl-Hasak vilayətinin Qoiran həbsxanasında məhbuslar qiyam qaldırmış, təhlkükəsizlik kameraları və qapıları sındırmış, həbsxananın bir mərtəbəsinin nəzarətini ələ keçirimişdi.

Əməliyyatlara Amerikanın başçılıq etdiyi koalisiya qüvvələri də cəlb edilmişdi.

Ötən həftə SDC-nin həmsədri Əminə Ömər azad edilənlər arasında terror ittihamı ilə həbs edilənlərin olduğuna dair narahatqlıarı azaltmağa çalışıb.

Lakin heç də hamı bundan nikbinlik ifadə etmir.

“Radikal elementlərin əhalidən izalyasiya edilməməsi ilə İŞİD həbsxanalarda aqressiv şəkildə sıralarına insanları cəlb edə bilər” - deyə, Vaşinqtonda yerləşən Müharibə Tədqiqatları institutundan Eva Kahan Amerikanın Səsinə bildirib.

Regionla bağlı araşdırmalar aparan bəzi eksertlər mümkün əks-reaksiyanı istisna etməyə hazır olmasa da, məhkumların azadlığa buraxılmasının uğurlu və ya uğursuz olmasının gələcəkdə baş verənlərdən asılı olacağını deyir.

XS
SM
MD
LG