Accessibility links

BMT Qəzza zolağında aclıq və xəstəliklərin artacağı ilə bağlı xəbərdarlıq edir


BMT Qəzza zolağında aclıq və xəstəliklərin artacağı ilə bağlı xəbərdarlıq edir
please wait

No media source currently available

0:00 0:04:10 0:00

BMT Qəzza zolağında aclıq və xəstəliklərin artacağı ilə bağlı xəbərdarlıq edir

Fələstinin Səhiyyə Nazirliyi Qəzzada ölənlərin sayının 25 mini keçdiyini bildirir, BMT rəsmiləri Qəzza zolağında aclıq və xəstəliklərin artacağı ilə bağlı xəbərdarlıq edir. İsrail isə Qəzzaya ərzaq keçirilməsinə icazəsi verdiyini və lakin problemin Qəzza tərəfdə ərzağın paylanmasında olduğunu deyir.

Birləşmiş Millətlər Təşkilatının bildirdiyinə görə, Qəzzada humanitar vəziyyət getdikcə çıxılmaz vəziyyətə düşür, ərzaq qıtlığı və xəstəlik mülki əhalini təhdid edir. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş: "İnsanlar təkcə bomba və güllələrdən deyil, ərzaq və təmiz su çatışmazlığından, elektrik və dərmansız xəstəxanalardan və döyüşlərdən xilas olmaq üçün getdikcə daha kiçik ərazilərə gedən yorucu səyahətlərdən ölür."

Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edir ki, Qəzzanın 2,3 milyon əhalisi aclıq astanasındadır, təxminən 380,000 insan ciddi qida çatışmazlığı ilə mübarizə aparır.

Lakin Fələstinin mülki məsələləri ilə məşğul olan İsrail Ordusunun Ərazilərdə Hökumət Fəaliyyətlərinin Koordinasiya Birliyi (COGAT) təhlükəsizlik yoxlamalarını sürətləndirmək üçün ikinci keçidin açılması da daxil olmaqla, İsrailin Qəzzaya böyük miqdarda humanitar yardımın daxil olması üçün əlindən gələni etdiyini deyir.

Koordinasiya Birliyi deyir ki, paylama problemi Qəzza tərəfdədir. Belə ki, HƏMAS militantları yardımın bir hissəsini oğurlayır və BMT agentlikləri yardımın paylanmasında səmərəli iş görə bilmir. COGAT-dan Yotam Şefer: "Biz bilirik ki, Qəzzada humanitar vəziyyət HƏMAS-ın iddia etdiyindən daha yaxşıdır. Onu da bildirmək istərdim ki, Qəzzada fəaliyyət göstərən humanitar təşkilatlarda da bəzi problemlər var".

Nə HƏMAS, nə də BMT bu məsələ ilə bağlı Amerikanın Səsinin suallarına cavab verib.

Koordinasiya Birliyi rəsmiləri deyirlər ki, müharibədən əvvəl 70-80-ni ərzaq daşıyan maşınlar olmaqla, hər gün təxminən 400-dən 500-ə qədər yük maşını İsraildən Qəzzaya daxil olurdu.

İndi Qəzzaya hər gün orta hesabla 200-ə yaxın yük maşını gedir və onlardan təxminən 150-si tamamilə ərzaq yardımı ilə yüklənir. Bundan əlavə, Bayden administrasiyası tərəfindən bu yaxınlarda elan edilmiş razılaşmaya əsasən, Qəzzanın təxminən 32 km. şimalında yerləşən İsrailin Aşdod limanından böyük miqdarda un daşınacaq. Ümumdünya Ərzaq Proqramı ilə razılaşmaya əsasən bu, gündə Qəzzanın 2 milyon lavaş istehsal edən çörək zavodlarını təmin edəcək.

Ərzaq qıtlığından əlavə, Fələstin rəsmiləri Qəzzanın cənubundakı BMT məktəblərinə və sığınacaqlarına təxminən bir milyon yarım fələstinlinin sışıxması və lazımi sanitariya şəraitinin olmaması səbəbindən xəstəliklərin yayılması ilə bağlı xəbərdarlıq edir. Qəzza xəstəxanasının pediatrı, doktor Səid Salah: "Vətəndaşların çoxluğu fonunda bəzi xəstəliklər yayılmağa başlayıb. Bunlara böyüklərdə və uşaqlarda mədə-bağırsaq xəstəlikləri, həmçinin tənəffüs sistemi xəstəlikləri, qaşınma kimi dəri xəstəlikləri və digər xəstəliklər daxildir".

Humanitar böhran İsrail ordusu anklavın şimalında hərbi hücuma başladığı zaman Qəzzanın cənubuna qaçan 1 milyon fələstinli arasında daha kəskin şəkildədir. Ordu bu insanların geri qayıtmasının hələ də təhlükəsiz olmadığını bildirir. Dünya Bankının yeni hesabatında deyilir ki, döyüşlər başa çatdıqda belə, yaşayış binalarının demək olar ki, yarısıya tamamilə dağıdılıb, ya da zədələnib. Fələstinli köçkün Alaa Baxit: "Ölkədə heç nə qalmayıb - nə məktəb, nə universitet, nə səhiyyə, heç nə. Bu uşaqların gələcəyini düşünün, necə olacaq? Bundan sonra onlar necə yaşaya bilər?"

Müharibə hələ də davam edərkən, artan humanitar böhran beynəlxalq atəşkəs çağırışlarını gücləndirib.

Forum

XS
SM
MD
LG