Accessibility links

İsa Qəmbər: Cumhuriyyətin yaradılması Azərbaycan xalqının hürriyyət və istiqlalı haqq etdiyinin göstəricisi idi


İsa Qəmbər: Cumhuriyyətin yaradılması Azərbaycan xalqının hürriyyət və istiqlalı haqq etdiyinin göstəricisi idi
please wait

No media source currently available

0:00 0:11:47 0:00

Müsavat partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibəsində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi, Cumhuriyyətin yaradılmasının tarixi əhəmiyyəti və millət qurucularının ideallarından danışıb.

İsa Qəmbər 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının təkcə Azərbaycan üçün deyil, bütövlükdə bölgə və beynəlxalq miqyasda fövqəladə bir hadisə olduğunu bildirib.

“Bir tərəfdən, o mürəkkəb dönəmdə Azərbaycan xalqının, xalqın önündə gedən simalarının bir araya gələrək, Azərbaycanın müstəqilliyini bəyan etmələri və eyni zamanda, demokratik bir cumhuriyyət qurmaları, parlamentli bir ölkə qurmaları Azərbaycan xalqının hürriyyət və istiqlalı haqq etdiyini, buna layiq olduğunu göstərirdi. Dediyim kimi, bu, Azərbaycanın tarixində ən önəmli bir hadisə idi. Eyni zamanda, bölgədəki hadisələrə çox ciddi təsir edirdi və həmçinin də dünya miqyasında da bir göstərici idi ki, demokratiya, insan haqları, parlament respublikası təkcə Qərb xalqlarına aid bir dəyər deyil, bu, ümumbəşəri bir dəyərdi, fundamental bir dəyərdi və bütün dünya xalqları bu yolla getməyə layiqdir, nə zamansa gedəcəklər.

Azərbaycan xalqı hər fürsətdə, əlinə imkan keçən kimi məhz demokratik seçim yolunu seçir. Bu, 1918-ci ildə də belə idi, 1991-1992-ci illərdə də belə idi.

İki il mövcud olan Azərbaycan Cumhuriyyəti bu dəyərlərin ümumdünya miqyasında olduğunu nümayiş etdirən bir hadisə idi, bir möcüzə idi əslinə qalsa. Möcüzə deyirəm, çünki Azərbaycanımız elə bir mürəkkəb bir bölgədə yerləşir ki, bu bölgədə Azərbaycan xalqının öz taleyinə sahib çıxması özü bir möcuzədir. O qədər iddialar var bu torpaqlara, o qədər iddialar var ki bu bölgəyə nəzarət etmək istiqamətində müxtəlif böyük qüvələr tərəfindən. Və xalqın öz taleyieni özünün müəyyənləşdirməsi möcuzə kimi bir hadisədir. Və möcüzənin digər hissəsi də ondan ibarətdir ki, Azərbaycan xalqı hər fürsətdə, əlinə imkan keçən kimi məhz demokratik seçim yolunu seçir. Bu, 1918-ci ildə də belə idi, 1991-1992-ci illərdə də belə idi. Bu gün də Azərbaycan xalqının seçimi demokratiyadı, bərabərlikdi, haqqdı, ədalətdi, Azərbaycanın Avropaya, azad dünyaya inteqrasiyadı. Bu baxımdan, hesab edirəm ki, həmin hadisə dünya miqyasında bir hadisə idi. Əgər 1918-ci ildə Azərbaycan xalqının Cumhuriyyət elan etməsi, parlament respublikası qurması Azərbaycan xalqının seçimindən xəbər verirdi, Azərbaycan xalqının hürriyyətə və istiqlala layiq olduğundan, qadir olduğundan xəbər verirdisə, 1991-ci ildə Azərbaycan xalqının Elçibəyin liderliyindən Məhəmməd Əmin Rəsulzadənin vəsiyyətini yerinə yetirərək, o müqəddəs üçrəngli bayrağı yenidən göylərə qaldırması, yenidən müstəqilliyi bərqərar etməsi və yenidən azad parlament ölkəsi olmaq iradəsini ortaya qoyması onu göstərirdi ki, 1918-ci ildəki hadisə təsadüfi bir hadisə deyildi.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG