Accessibility links

İsa Qəmbərin səhhəti yaxşılaşır


İsa Qəmbər
İsa Qəmbər

“İsa Qəmbərin durumu yaxşılaşır, belə davam etdiyi halda onu palataya köçürəcəyik”.

Bunu İsa Qəmbəri müalicə edən kardioloq Firdovsi İbrahimov bildirib.

Həkim İsa Qəmbərin yaxın günlərdə evə buraxıla biləcəyini də istisna etməyib və xarici ölkədə müalicəyə ehtiyac olmadığını söyləyib.

İsa Qəmbərin xanımı Aida Qəmbər də həyat yoldaşının səhhətinin yaxşı olduğunu deyib. O vurğulayıb ki, İsa Qəmbərin müalicədən ötrü xarici ölkəyə aparılmasına ehtiyac olduğunu düşünmür.

Yanvarın 13-də səhhətində problem yaranan İsa Qəmbər elə həmin gün Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Müayinələrdən sonra İsa Qəmbərin ürəyinə stent qoyulub.

İsa Qəmbər və Arif Hacılı (Foto Arif Hacılının facebook səhifəsindən götürülüb)
İsa Qəmbər və Arif Hacılı (Foto Arif Hacılının facebook səhifəsindən götürülüb)

Xatırlatma

İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. O, 1990-1995-ci illərdə deputat, 1992-1993-cü illərdə isə Milli Məclisin sədri olub.

İsa Qəmbər 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini də icra edib.

1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi hakimiyyət devriləndən sonra İsa Qəmbər həbsdə də olub.

O, 1992-2014-cü illərdə Müsavat Partiyasına rəhbərlik edib.

XS
SM
MD
LG