Accessibility links

Siyasi partiyalar və ictimai qurumlar İsa Qəmbərə qarşı hücumu pisləyir


Bəyanatlarda Müsavat başqanına hücum iqtidarın seçkilərdə siyasi rəqiblərinə qarşı hansı metodlardan istifadə edəcəyinin göstəricisi adlandırılıb

İctimai Palata , Müsavat, Xalq Cəbhəsi, Demokrat Partiyaları, çoxsaylı qeyri-hpkumıt tışkilatları Müsavat Partiyasının başqanı İsa Qəmbərlı yanvarın 13-də Lənkərana gedən nümayəndə heyətinə basqını pisləyən bəyanatla çıxış edib.

Sənədlərdə basqının iqtidarın birbaşa göstərişi ilə təşkil edidiyi vurğulanır və qətiyyətlə pislənilir.

Bəyanatlarda prezidentliyə namizədliyini irəli sürmüş İ.Qəmbərə qarşı sui-qəsd qarşıdakı prezident seçkilərində dövlət başçısı İlham Əliyevin siyasi rəqiblərinə qarşı hansı metodlardan istifadə edəcəyinin göstəricisi adlandırılır.

“İqtidarın belə üsullara əl atması son zamanlar baş verən ifşalar nəticəsində zəifləməsi, siyasi mübarizə resurslarının tükənməsi, acizliyi sayılır. Həm də bu üsullarla rejimin labüd sonunun qarşısını ala bilməyəcəyi xəbərdarlığı edilib”, İctimai Palatanının bəyanatında deyilir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) ictimai birliyi partiya sədrininə qarşı basqını “siyasi ayrı-seçkilik zəminində zorakılıq” adlandırıb.
XS
SM
MD
LG