Accessibility links

ABŞ-ın körfəz sahillərinə yaxınlaşan İsaak qasırğaya çevrilir


Qasırğa birinci kateqoriyaya yüksəlir

ABŞ hidrometeroloqları bildirlər ki, Nyu Orleans şəhərinə yaxın məsafədə fırlanan İsaak tropik fırtınası qasırğaya çevrilmə astanasındadır. Qasırğa birinci kateqoriyaya yüksəlir.

Sabah gün ərzində fırtınanın qasırğa səviyyəsinə qədər güclənəcəyi gözlənilir. Həmin gün gecə saatlarına qədər, ya da çərşənbə günü səhər sübh vaxtlarına qədər sahilə yaxınlaşacaq firtına güclənməkdə davam edəcək.

Çərşənbə axşamı səhər saatlarından başlayaraq Luizianandan Floridaya qədər sakinlər körfəzin şimal sahili boyunca hazırlıq işləri görürlər.

Yeddi il öncə Katrina qasırğasının viran qoyduğu Luiziana ştatında prezident Barak Obamanın sərəncamı ilə fövqəladə vəziyyət elan olunub.

Geniş əhatə dairəsi olan və yavaş hərəkət edən qasırğanın böyük yağıntıya səbəb olacağı üçün Luiziana qubernatoru Bobby Cindal sakinləri yüksək risk daşıyan əraziləri tərk etməsinə dairi xəbərdarlıq yayıb.

Artıq fırtına küləyin sürətini saatda 110 kilometrə qaldırıb. Hidrometeroloqlar bildirirlər ki, sahil boyunca 30 santimetrə qədər yağış yağacaq, yağışın həcmi təcridedilmiş ərazilərdə 50 santimetrə çatacaq.
XS
SM
MD
LG