Accessibility links

İsayas fırtınası 6 nəfərin ölümünə səbəb olub


Güclü külək və yağışlarla ABŞ-ın şərq sahilləri boyunca hərəkət edərək, 6 nəfərin ölümünə səbəb olan İsayas fırtınasının ya çərşənbə günü gecə, ya da cümə axşamı səhər Kanadanın cənub-şərq bölgəsi üzərindən keçəcəyi gözlənilir.

ABŞ-ın Milli Hava Xidməti fırtınanın çərşənbə axşamı gecə post-tropik bir siklon kimi zəiflədiyini bildirib.

Sinoptiklər fırtınanın Kanadanın cənub-şərqinə 7 santimetrə qədər yağışla çatacağını, lakin küləyin sürətinin azalacağını deyib.

Bazar ertəsi Şimali Karolina sahillərini 1-ci kateqoriyalı qasırğa kimi vuran İsayas ABŞ-ın şərq sahillərinə doğru sürətlə irəlilədikcə gücünü bir qədər itirərsə də, arxasınca sellər qoyub, ağaclar yıxıb, elektrik kəsilməsinə səbəb olub.

Tornado yaradan İsayas Şimali Karolina ştatının Vindsor şəhərində iki nəfərin ölümünə səbəb olub.

Merilend ştatının Mekaniksvill şəhərində bir qadın avtomobilinin üzərinə ağac düşdüyü zaman, Nyu-York şəhərinin Kuins məhəlləsində bir nəfər ağacın altında qalaraq ölüb. Delaverdə də bir nəfər üzərinə ağac düşərkən, Pensilvaniya ştatında isə bir nəfər daşqının avtomobilini aşırarkən ölüb.

XS
SM
MD
LG