Accessibility links

Məhkəmə işadamının təzminat ödəməsi haqda qərarı qüvvədə saxladı


"Baku Steel Company"nin Müşahidə Şurasının sədri Rasim Məmmədov iddia edir ki, keçmiş deputat, işadamı Nazim Bəydəmirli onun işgüzar nüfuzuna zərbə vurub. Şirkət rəhbəri sabiq deputatın Facebook səhifəsində bir il öncə yazdığı statusa istinad edir.

"Monopoliya imkan vermir ki, Azərbaycana İrandan daha keyfiyyətli, daha ucuz armatur, katanka idxal olunsun. Təsəvvür edin ki, “Baku Steel” deyilən şirkət metallomdan hazırlanan malını daxili bazara 780 dollar ekvivalentində manata satır, İranın dəmir filizindən istehsal olunan malını biz Gürcüstan bazarına yol xərci daxil, 385 dollara - o da ƏDV-sini ödəyib inşaata başlayanda 454 dollara maya dəyərilə, keyfiyyətli mal çıxarırıq. Aradakı 326 dollar Gürcüstanda evləri ucuz edir, Bakıda isə bahalaşdırır. Baxın, Azərbaycanda bahalığın daha bir səbəbinə...

P.S. Bizdə Gürcüstandan fərqli olaraq “monopolistə” xidmət etmək üçün 15%-lik idxal gömrük rüsumu da var, hətta onu da alıcı ödəmiş olsa, hal-hazırda Azərbaycan bazarına daha keyfiyyətli və “Baku steel”-in malından 250 dollar ucuz mal idxal etmək olar. Ancaq imkan verilmir", N.Bəydəmirli 2018-ci ilin oktyabrında Facebook statusunda belə yazıb.

"Baku Steel Company" MMC və rəhbəri ayrı-ayrılıqda iddia qaldıraraq, hər birinin xeyrinə Bəydəmirlidən 100 min manat tutulmasını istəyirdilər. Nizami rayon Məhkəməsi onların iddiasını qismən təmin edib. Belə nəticəyə gəlib ki, Nazim Bəydəmirli yazdığı statusla həm şirkətin, həm Rasim Məmmədovun işgüzar nüfuzuna xələl gətirib. Buna görə Facebook səhifəsində təkzib verməli ("Baku Steel Company"nin monopolist olmaması haqda-red.), şirkətə və onun rəhbərinə də ayrı-ayrılıqda 5 min manat təzminat ödəməlidir.

“Nə qədər qaldırsaq daxili istehsalçıları qoruya bilərik?”

Sabiq deputatın bu qərardan verdiyi şikayətə oktyabrın 31-də Bakı Apellyasiya Məhkəməsində baxılıb. Nazim Bəydəmirlinin nümayəndəsi təkrar linqvistik ekspertiza keçirilməsini istəyib.

"Baku Steel Company" keçmiş deputatla yanaşı, "Monopoliya ucuz armaturu ölkəyə buraxmır" başlıqlı məqaləyə görə "Azpolitika" qəzetini də məhkəməyə verib. Həmin məqalədə sabiq deputatın statusuna da yer verilmişdi.

Birinci ekspertiza qəzetin yazdığı məqalə və Nazim Bəydəmirlinin Facebook statusuna birgə rəy verib. Vəkil Kənan İsmayılov deyir ki, həmin rəydə ekspert elə ifadələri işgüzar nüfuza xələl gətirən hesab edib ki, o fikirlərin heç biri Nazim Bəydəmirlinin statusunda yoxdur. Vəkil bildirib ki, bu üzdən Nazim Bəydəmirlinin yazdıqlarıyla bağlı ayrıca ekspertiza keçirilməlidir.

Vəkilin bu vəsatəti rədd edilib.

"Prezident də bu günlərdə çıxışında bir daha monopoliyaya, haqsız rəqabətə imkan verilməməsinin vacibliyinə toxundu. Bazarda 35 faizdən çox payı olan sahibkarlıq subyekti hökmran mövqeyə malikdir. Dövlət Gömrük Komitəsinin sədrinin çıxışında da bu şirkətin hökmran mövqeyi vurğulanır. Komitə sədri armaturun qiymətindən, İranda qiymətin düşməsi, idxal zamanı tətbiq edilən rüsumdan danışarkən deyir: ‘Daxili istehsalçılarla, bizdə bu sahədə ən böyük istehsalçı "Baku Steel Company"dir, onlarla danışıqdan sonra qərara gəldik ki, nə qədər qaldırsaq, daxili istehsalçıları qoruya bilərik?’ Bu sitatı biz komitənin saytından götürmüşük, özümüzdən demirik", - vəkil belə deyib.

Kənan İsmayılov vurğulayıb ki, Nazim Bəydəmirlinin statusunda nə şirkətin, nə də rəhbərinin işgüzar nüfuzuna xələl gətirəcək fikir var.

Amma məhkəmə fərqli nəticəyə gəlib. Nazim Bəydəmirlinin təkzib verməsi və 5 min manat təzminat ödəməsi hissəsində Nizami rayon Məhkəməsinin qətnaməsi olduğu kimi saxlanılıb.

“Bir ictimai xadimi, bir alimi susdurmaq”

Nazim Bəydəmirli AzadlıqRadiosuna bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

O deyir ki, prezidentin monopoliya ilə bağlı bu yaxınlardakı çıxışından sonra Ali Məhkəmənin sahibkarların işlərinə daha qanuni və ədalətli yanaşacağına ümid edir:

"İnanmaq istəyirəm ki, Ali Məhkəmə prezidentin dediklərini tam anlayıb və bundan sonra məmur sahibkarlığına xidmət etməyəcək. Bu məhkəmə işi həm də Facebook statusuna görə bir ictimai xadimi, bir alimi susdurmaq anlamına gəlir".

Sabiq deputat "Baku Steel Company" ilə aralarında illərdir çəkişmə olduğunu yada salır:

"Bu şirkət 2012-ci ildə metal istehsalı ilə məşğul olan 20-dən çox müəssisəyə reyder hücumu təşkil etmişdi. Nəticədə o müəssisələrin əksəriyyəti fəaliyyətini dayandırdı. Biz də o zaman həm bu şirkəti, həm də hərəkətsizliyinə görə Daxili İşlər Nazirliyini məhkəməyə verdik. Çünki bizim hüquqlarımızı qorumamışdı, qoçu dəstələrini durdurmamışdı. İddiamız qismən təmin olundu, nazirliyin üzərinə öhdəlik qoyuldu ki, bizi bu cür hücumlardan qorusun. Bizə dəyən ziyanla bağlı şirkətlə çəkişməmiz isə davam edir".

Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarında sahibkarlara təzyiqlərdən, haqsız rəqabətdən danışır. O, oktyabrın 23-də yeni iqtisadiyyat naziri Mikayıl Cabbarova təlimatlar verib:

“Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, x

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG