Accessibility links

İşçilərin robotlarla əvəzlənməsi yeni bir şey deyil [Video]


İşçilərin robotlarla əvəzlənməsi yeni bir şey deyil
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Ot kəsmək və pəncərələri təmizləməkdən tutmuş, oteldə əşyaların çatdırılmasına qədər olan işləri müxtəlif ölçüdə və formada olan robotlar həyata keçirərək, illər ərzində insanlara yardımçı olurlar. Bu maşınlar həm də insanların edə bilmədiyi işləri görə bilərlər.

Saymon Vanq, Beijing Canny Unisboro Technology Co. Ltd: “Onlar bütün günü, 24 saat dayanmadan çalışa bilər və emosiyalara qapılmaya bilərlər. Hər zaman səni gülümsəyərək qarşılayırlar.”

Mandarin dilində danışan Yo-Yo adlı robot yalnız rəqs edərək, zarafatlar etmir. Həm də insanlarla ünsiyyət tələb edən xidmət sənayesində çalışır.

Saymon Vanq, Beijing Canny Unisboro Technology Co. Ltd: “Bu iş mühitlərinə xəstəxanalar, klinikalar daxildir. Onlar problemə diaqnoz qoyur və bəzi tibbi suallara cavab verirlər. Bu artıq Çində geniş yayılmağa başlayır.”

İnsanlar tərəfindən edilən işləri icra edəcək texnologiyanın adaptasiyası yeni bir şey deyil.

Stiv Kozins, Savioke: “Götürək qar təmizləyən maşınları, ya da traktorları. Onlar işi daha məhsuldar etmək üçün texnologiyanın cəlb edilməsinin nəticələridir. Sən mühasibin önünə kompüter proqramı qoyanda da, onun işini daha məhsuldar etmiş olursan. Eyni şey də robotlarla baş verir.”

Robotlar getdikcə daha ağıllı olur. Məsələn bu robot, "Scrabble" adlı ingilis söz oyununda insana qarşı gücünü nümayiş etdirir.

Hu Ji Pinq, Sənayə Texnologiyası Araşdırma İnstitutu: “Əsas məqsəd insanların robotlarla əvəzlənməsi deyil. Məqsəd mürəkkəb işlərin icrasında yardımdır.”

Mürəkkəb işlərə əlavə olaraq, RoboMantis kimi robotlar insanların görmək istəmədiyi darıxdırıcı, çirkli və təhlükəli işləri görürlər.

Kris Teyer, Motive Robotics: “Onların həmin vəziyyətdə olmalarına ehtiyac yoxdur. Belə vəziyyətlərdə insanların həyatına təhlükə yaratmadan, robotlardan faydalana bilərsən.”

Robotlar həm də, heç kimin görmək istmədiyi, məsələn kənd təsərrüfatı sahəsində təkraredici işləri görə bilərlər.

Kris Teyer, Motive Robotics: “Məsələn, bitkilərin xüsusi şəkildə qayğısına qalmaq. Bu cür sahədə mövsümi, qeyri-mövsümi, və digər parametrlərə görə işçi tapmaq çətindir. Bu adi əmək qıtlığıdır.”

Saymon Vanq, Beijing Canny Unisboro Technology Co. Ltd: “Robotlar sadə işlərdən tutmuş, yalnız insanın edə bildiyi, intellektual işləri görə biləcək gücdə olacaqlar. Lakin düşünmürəm ki, növbəti 10 il ərzində robotlar insanların beynini əvəz edə biləcəklər. Hələlik elə təhlükə görmürəm.”

Texnologiya mütəxəsisləri arasında konsensun ondan ibarətdir ki, robotların məqsədi insanları əvəz etmək yox, insanları kömək etmək olmalıdır. Lakin insanlar da daha qabaqcıl sahələri öyrənərək, robotlardan daha irəlidə ola bilərlər.

XS
SM
MD
LG