Accessibility links

İŞİD-in rəhbəri ABŞ-ın dron hücumu nəticəsində öldürülüb


Bunu Əfqanıstanın Pakistandakı səfiri bəyan edib

İŞİD-in Əfqanıstan və Pakistandakı cinahının rəhbəri ABŞ dronlarının hücumu nəticəsində öldürülüb.

Bunu Əfqanıstanın Pakistandakı səfiri bəyan edib.

"Mən İslam Dövlətinin Xorasan lideri Hafiz Səid Xanının yüksək rütbəli komandirləri və döyüşçüləri ilə bərabər iyul ayının 26-da Əfqanıstanın Nanqarhar vilayətində öldürüldüyünü təsdiq edə bilərəm”-deyə səfir Ömər Zaxilval Reuters-ə bildirib.

Xan Pakistandakı Taliban qrupunun sabiq üzvü olub. İslam Dövlətinə sədaqətinə and içən Xanın keçən il öldürüldüyü bildirilmiş, lakin xəbər təsdiq edilməmişdi.

ABŞ-ın Əfqanıstandakı koalisiya qüvvvələrinin sözçüsü məlumatı təsdiq etməyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG