Accessibility links

ABŞ hərbi qüvvələrinin İŞİD-ə qarşı mübarizədəki rolu nədir? [Təhlil]


Müdafiə naziri Eş Karterin İraq və Suriyada İslam Dövləti qrupuna qarşı quruda mübarizə aparmaq çağırışlarına baxmayaraq ABŞ ictimaiyyəti hələ də bölgəyə göndərilən hərbi qüvvələrin oradakı rolunu anlamağa çalışır.

Birləşmiş Ştatların hazırda İraqda 3550 hərbi xidmətçisi var. Onlardan 2750-si İraq təhlükəsizlik qüvvələrinə təlim və məsləhət verir. Bu haqda məlumat ABŞ Mərkəzi Kommandanlığı tərəfindən Amerikanın Səsinə verilib.

"Onlardan təqribən 100-ü xüsusi qüvvələrdir", deyə müdafiə rəsmiləri bildirir. Bununla yanaşı, 50 ABŞ xüsusi əməliyyat qüvvəsi Suriyada fəaliyyət göstərir.

"Ön cəbhə"

Keçən həftə Kentukidə yerləşən Fort Kampbell hərbi düşərgəsində Karter hərbi xidmətçilərə deyib ki, ABŞ xüsusi əməliyyat qüvvələri kəşfiyyatdan tutmuş məsləhət və yardım, eləcə də yerli qüvvələri ön cəbhədə müşayiət etmək kimi özlərinə xas qabiliyyətlərə sahibdirlər.

Baxmayaraq ki, prezident Obama ABŞ-ın İraq və Suriyada döyüşlərdə iştirak etməyəcəyini desə də, bəzi rəsmilərin xüsusi qüvvələrin İslam Dövləti qrupuna qarşı döyüşlərdə ön cəbhədə iştirak edib-etmədiyini qarışdırdığı görünür.

"Xüsusi əməliyyat qüvvələri Suriyada ön cəbhədə nə baş verdiyini yaxşı anlaması üçün orada iştirak etmək məcburiyyətindədir," deyə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi Amerikanın Səsinə bildirib.

"Onların silaha ehtiyacı varmı? Onların əlavə silah-sürsata ehtiyacı varmı? Bunları anlamaq üçün onlar ön cəbhəyə gedib və öz gözlərilə bunu görmələri lazımdır," deyə o əlavə edib.

Digər ABŞ rəsmisi Amerikanın Səsinə bildirib ki, Suriyada olan qüvvələr oraya əyləncə üçün getməyib. Lakin o, qüvvələrin ön cəbhədə iştirak edib-etmədiyindən əmin deyil. O, qüvvələrin orada yerli hərbçilərə məsləhət və təlim keçdiyini deyib.

İŞİD: Terror ordusunun içində adlı kitabın müəllifi Maykl Veys deyir ki, xüsusi qüvvələrin "təlim və məsləhət" adı altında fəaliyyəti bəzən orada nə baş verdiyini kölgə altına qoyur.

"Mən xüsusi qüvvələrin oraya məsləhət üçün getdiyini düşünmürəm. Onlar oraya adam öldürmək, etibar etdiyimiz, inandığımız qruplara dəstək olmaq üçün göndərilib," deyə Veys Amerikanın Səsinə bildirib.

Hətta 85 ölkəyə göndərilən 7500 xüsusi qüvvənin orada nə etdiyi öyrənilmək istənsə belə bu çox vaxt ictimaiyyətə açıqlanmır.

"Onların çoxu məxfi məlumatlardır," deyə ABŞ Xüsusi Əməliyyat Komandanlığının sözçüsü Ken MakQav bildirir.

İŞİD-lə mübarizənin əhəmiyyəti

Adının açıqlanmasını istəməyən rəsmi Amerikanın Səsinə bildirib ki, İraq və Suriyada olan 150 ABŞ xüsusi qüvvəsinin rolu İŞİD militantları ilə mübarizə üçün çox əhəmiyyətlidir.

Xüsusi qüvvələr Suriyada iki əməliyyat həyata keçiriblər: uğursuzluqla nəticələnmiş xilas etmə əməliyattı və Suriyanın şərqində keçən il may ayında öldürülən İŞİD komandiri Əbu Səyyafın hərbi əməliyyatı.

Onlar həmçinin oktyabr ayında İraqın Haviyag vilayətində aparılan reyddə də iştirak edib. Reyd zamanı İŞİD tərəfindən saxlanılan 70 əsr xilas edilib. Həmin missiya zamanı 39 yaşlı Delta Qüvvəsi əsgəri həlak olub.

Uçuş zolağı və şahidlər

Yaxın günlərdə əldə olunmuş görüntü və şahidlərin məlumatına əsasən Suriya və İraq ABŞ xüsusi qüvvələrindən dəstək alır.

Qlobal kəşfiyyat şirkəti Stratforun yayımladığı xəbərə görə 2015-ci il dekabr ayının 28-də peykdən çəkilmiş görüntüdə Suriyanın əl-Hasaka vilayətində uçuş zolağının uzadılması inşaatı davam edir. İnşaat başa çatdıqdan sonra uçuş zolağına daha böyük təyyarələrin enməsi mümkün olacaq.

Bununla yanaşı The Guardian qəzetinin İraqda peşmərgələrdən götürdüyü müsahibədə ABŞ qüvvələrinin İŞİD-lə döyüşlərdə ön cəbhələrdə iştirak etdiyi deyilir.

Pentaqon qüvvələrin döyüşlərdə iştirak etdiyini qəbul etmir. Sadəcə qüvvələrin dəstək və təlim məqsədli olduğunu iddia edir.

"Amerika qüvvələrini göndərmək istəməyən, lakin bizim çirkli bəzilərinin isə möhtəşəm mübarizə adlandırdığı və ya Osama bin Ladinə qarşı əməliyyat keçirən bir prezident üçün bu məntiqli ola bilər," deyə Veys bildirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG