Accessibility links

İraq qüvvələri İŞİD yaraqlılarının mövqelərini hədəf alıb


İraq ordusunun bildirdiyinə görə, hökumət qüvvələri İŞİD yaraqlılarının mövqelərini hədəf alıb.

Suriya ilə sərhəd səhra bölgəsində keçirilən əməliyyatlarda siələrin Populyar Səfərbərlik Qüvvələri iştirak edib. Bu böyük ərazidə militantların gizləndiyi bildirilir.

Reuters xəbər agentliyi ordu polkovniki Salah Kərimə istinadən bildirib ki, İŞİD qalıqları sərhalara qaçaraq, oradan gələcək hücumlar planlaşdırır.

İraqın baş naziri Heydər əl-Əbədi İslam Dövlətinin məğlub oldğunu desə də, yekun qələbənin İŞİD yaraqlılarının sərha bölgələrindən təmizlənməsindən sonra elan edəcəyini deyib.

İraq qüvvələri İŞİD əlində olan son şəhəri ötən həftə nəzarətinə keçirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG