Accessibility links

Kürdlər İŞİD-lə mübarizə aparır [Video]


Kürdlər İŞİD-lə mübarizə aparır
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Suriyanın şimal Rəqqa şəhəri İslam Dövlətinin əsas istehkamıdır. Obama administrasiyası bu ərazini islamçı yaraqlıların nəzarətindən geri alınacaq bölgələrin siyahısına daxil edib. Rəqqa yaxınlığında kürd döyüşçülər şəhər uğrunda mübarizə aparır.

Suriyanın şimal Rəqqa şəhəri İslam Dövlətinin əsas istehkamıdır. Obama administrasiyası bu ərazini islamçı yaraqlıların nəzarətindən geri alınacaq bölgələrin siyahısına daxil edib. Rəqqa yaxınlığında kürd döyüşçülər şəhər uğrunda mübarizə aparır.

YPG adı ilə tanınan kürd döyüşçüləri və İŞİD arasında döyüşlər Rəqqadan 48 km-lik məsafədə aparılır. Kürdlər mövqelərinin İŞİD yraqlılarından iki kilomertlik məsafədə yerləşdiyini deyir. Onlar yaxınlığın İslam Dövləti yaraqlılarının irəliləyişinə çevik cavab verməyə imkan yaratdığını bildirir.

Döyüşçü Endoq Gever : "Onlar 5 nəfərlik dəstələrə malikdir. Onlar bir-bir hücuma keçsə də qüvvələrimiz yaraqlıların nailiyyətinə mane olur. Biz təcili cavab atəşi açırıq. Yaraqlılar adətən hücumlara gecələr keçir və əhalinin yaşadığı bölgələri hədəf alır."

YPG döyüşçüləri piket qurğulardan istifadə edərək İŞİD yaraqlılarına cavab verir. Döyüşçüləri ABŞ-ın başçılıq etdiyi kolaisya qüvvələri dəstəkləyir.

Kürdlər Rəqqa yaxınlığındakı Təl-Əbyad şəhərinin nəzarətini iyun ayında ələ keçirib. İndi onların hədəfi Rəqqadır. Bu qrup ABŞ tərəfindən silahlarla təmin edilir. Bundan əlavə kürdlərə Suriyanın Demokratik Ordusu da dəstək verir.

Döyüşçü Civan Qoser : “Bizi İŞİD-lə mübarizədə başqa qüvvələr də dəstəkləyir. Biz İslam Dövləti ilə hər tərəfdən üzləşməyə hazırıq. YPG qabiliyyətini artıq nümayiş etdirib. Əsas məsələ bizim ABŞ tərəfindən dəstəklənməyimizdir.”

Rəqqa uğrunda əməliyyata hələ start verilməyib. Hazırlıqlar və ruh yüksəkliyi şəhərin geri alınmasında kürd döyüşçülər üçün böyük əhəmiyyət kəsb edir. Təhlilçilər əsl sınağın Rəqqaya qarşı hücum olacağını deyir.

XS
SM
MD
LG