Accessibility links

İŞİD öz liderinin audio-müraciətini yaydığını deyir


İŞİD öz ali lideri Əbu Bəkr əl Bağdadinin audio-müraciətini yayıb. Əgər xalisdirsə, bu, son bir il ərzində Bağdadinin ictimaiyyətlə ilk ünsiyyəti sayıla bilər.

Audio-müraciətin harada yazıldığı məlum deyil. Lakin Bağdadinin Şimali Koreyanın ABŞ-a və Yaponiyaya qarşı hədələrinə istinad etməsi onun bu yaxınlarda hazırlandığını göstərir.

Bağdadinin Şimali Koreyanın ABŞ-a və Yaponiyaya qarşı hədələrinə istinad etməsi onun bu yaxınlarda hazırlandığını göstərir.

Əl-Furqan xəbər təşkilatı tərəfindən açıqlanmış 46 dəqiqəlik audio-yazıda Bağdadi dini mətnlər oxuyur.

Əgər səsin Bağdadiyə məxsus olduğu təsdiqlənərsə, onda bu, Rusiyanın Rəqqa şəhərinə endirdyi hava zərbəsi nəticəsində İŞİD liderini öldürdüyü haqda iddiasını təkzib etmiş olacaq. Kreml əvvəlki bəyanatlarında Bağdadinin güman ki, həmin hava zərbələri nəticəsində öldüyünü bildirmişdi.

Lakin ABŞ rəsmiləri həmin vaxt bağdadinin sağ qaldığını deyirdilər.

Ötən bir neçə ayda ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri çox sayda şəhər və kəndləri İŞİD-dən azad edib.
Ötən bir neçə ayda ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri çox sayda şəhər və kəndləri İŞİD-dən azad edib.

Sonuncu dəfə Bağdadinin nitqi 2016-cı ilin noyabrında yayılmışdı. Bu nitq Mosul şəhəri uğrunda döyüşlər başlanandan iki həftə sonra yayılmışdı.

O vaxtdan bəri ABŞ-ın dəstəklədiyi qüvvələr Mosul da daxil olmaqla İŞİD-in nəzarət etdiyi ərazilərin böyük qismini ekstremistlərdən azad edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG