Accessibility links

İraq ordusu Mosul şəhərində İslas Dövləti qrupu döyüşçülərini müsadirəyə aldığını və ekstremist qrupun şəhərin qərb hissəsinin təkcə 10 faizinə nəzarət etdiyini bildirir.

Çərşənbə axşamı İraqda aparılan birgə əməliyyatların sözçüsü briqada generalı Yəhya Rəsul deyib ki, yeddi ay davam edən ABŞ-ın dəstəklədiyi kampaniyadan sonra hazırda militantlar Köhnə Şəhərdə 12 kvadrat kilometr torpağa nəzarət edir.

ABŞ ordusunun sözçüsü Polkovnik Con Dorrian deyib ki, İŞİD tamamilə məğlub olmağa yaxındır.”

Onun sözlərinə görə, ABŞ-ın başçılıq etdiyi hərbi hücumlar nəticəsində İŞİD-in istifadə etdiyi 200-dən çox tunel və 1000 döyüş mövqeləri məhv edilib.

Mosuldakı döyüş səbəbilə 500 mindən çox insan didərgin düşüb, 150 min insanın isə hələ də İŞİD militantlarının nəzarət etdiyi ərazidə olduğu güman edilir.

İŞİD cihadçıları torpaq itirməyə davam etdiyi bir vaxt, onlar mülki vətəndaşlardan canlı qalxan olaraq istifadə edir, şəhərdən qaçmağa çalışanları isə öldürülürlər.

Mosul 2014-cü ildə İraq və Suriyada digər ərazilərlə birlikdə çihadçıların əlinə keçib. Onlar həmin torpaqlarda xəlifəlik elan etmişdi.

XS
SM
MD
LG