Accessibility links

İŞİD Suriyada 400 mülki vətəndaşı oğurlayıb


Arabs and ISIS
Arabs and ISIS

Müşahidə qrupu bildirir ki, dünən İŞİD terror qruplaşmasının Suriyanın şərqində Deir Əl-Zour şəhərinə hücumu zamanı 400-dən çox mülki vətəndaş oğurlanıb.

Böyük Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə, İŞİD qüvvələri Əl-Bağaliyanı ələ keçirəndən sonra oğurlananlar arasında qadınlar, uşaqlar və hökumət tərəfdarı döyüşçülərin ailə üzvləri olub. Qrup deyir ki, çoxu Suriya əsgəri olmaqla 135-dən çox insan döyüş zamanı öldürülüb.

Ancaq dövlətin nəzarətində olan SANA xəbər agentliyi Deir Əl-Zoura hücum zamanı İŞİD qüvvələrinin 300-dən insanı qətlə yetirdiyi bildirilir.

İŞİD döyüşçüləri əvvəllər də İraq və Suriya şəhərlərində kütləvi edamlar həyata keçiriblər. Buraya 2014-cü ildə Rəqqa vilayətindəki Tabqa hava bazasının ələ keçirilməsindən sonra 200 əsgərin birgə qətli də daxildir. Eyni ildə Deir Əl-Zourda yaşayan Şeytat qəbiləsinin üzvləri də kütləvi edama məruz qalıb.

XS
SM
MD
LG