Accessibility links

Gürcüstan İŞİD-ə qoşulacağı güman edilən şəxsin tutulmasında Azərbaycana yardım edib


Həbs
Həbs

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti “İslam dövləti” (İŞİD) təşkilatı tərəfindən cəlb edilən şəxsin saxlanmasında Azərbaycana yardım göstərib. Bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin müavini Levan İzoriya “Maestro” teleşirkətinə müsahibəsində deyib.

“Bizim verdiyimiz məlumat əsasında dünən Balakən rayonunda Azərbaycan vətəndaşı saxlanılıb. O, Suriyaya gedərək “İslam dövləti” sıralarında döyüşmək üçün sərhəddi qanunsuz keçməyə cəhd göstərib”, - L.İzoriya bildirib.

O qeyd edib ki, Gürcüstanın İŞİD tərəfindən cəlb edilən şəxslər üçün tranzit ölkəyə çevrilməməsindən ötrü bütün tədbirlər həyata keçirilir.

Məsələ ilə bağlı Azərbaycan Milli Təhlükəsizlik Nazirliyindən və Sərhəd Xidmətindən şərh almaq mümkün olmayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG