Accessibility links

İŞİD-in 250 döyüşçüsü öldürülüb


ABŞ və İraq rəsmilərinin verdiyi məlumata görə, İraqda hava hücumları nəticəsində 250-dən çox İŞİD yaraqlısı ölüb.

Hava hücumları Fəllucanın bir qədər cənubunda İŞİD-ə məxsus 40-a yaxın maşını vurub. Xatırladaq ki, bir müddər İŞİD-in istehkamı olan Fəlluca ABŞ-ın başçılıq etdiyi İraq koalisiya tərəfindən bir neçə gün öncə azad edilib.

Jurnalistlərə açıqlama verən İraq Aviasiya komandiri general-leytenant Həmid Əl-Maliki deyib ki, əslində məhv edilən avtomobillər sayı qat-qat çox olub.

"Səhərə yaxın biz 138 avtomobil məhv edərək içərisindəki hər kəsi öldürmüşdük. Onlar ölənləri içəridə qoyub yaralıları özləri ilə götürmüşdülər. Bu əməliyyat terrorçuların belini qırdı. Əməliyyatda heç bir başqa ordu kömək etməyib" - deyə general bildirib.

İraqın yaydığı havadan çəkilmiş video göstərir ki, bombalar səhralıq yolda avtomobil kertejini vurur.

Bu arada Suriya qüvvələrinin İraqla sərhəddə İŞİD-in nərazərində olan bəzi əraziləri geri aldığı bildirilir.

XS
SM
MD
LG