İslam Dövləti qrupu Əfqanıstanın şimal bölgəsində onlarla məhtəbi dağıdıb. Yerli rəsmilərin bildirdiyinə görə, qrup şagirdlər və müəllimləri hədələyib.
Cazviyan əyalətinin icraçı qubernatoru Əbul Rəhman Mahmudi Amerikanın Səsinə bildirib ki, son 10 gün ərzində dağıdılan məktəblər arasında qız məktəbləri də var. Qız məktəblərinin yandırılaraq yerlə yeksan edildiyi bildirilib.
Təhsil rəsmiləri İŞİD-in yalnız nəzarətində olan ərazilərində tədrisi qəbul etdiyini deyir.
Qızlara təhsil qadağan edilib
Adının açıqlanmasını istəməyən yeri sakin Amerikanın Səsinə bildirib ki, İŞİD qızlara xəbərdarlıq edib. Qızlar 18 min məktəblinin 40 faizini təşkil edir. Regionda 47 dövlət məktəbi fəaliyyətdədir.
Məktəblərdəki bütün biologiya laboratoriyaları məhv edilib. İŞİD insan skeleti üzərində aparılan tədrisin politeizm (bir allahdan çox allaha inam) hesab edir.
Son zamanlar İŞİD-lə Taliban arasında Dərzab bölgəsinin nəzarəti uğrunda qarşıdurmalar yaşanıb. İŞİD ötən həftə Talibanın 10 yaraqlısının başını kəsib.
İslam Dövləti 2015-ci ildən bəri şərqi Əfqanıstanı viran edib. Onlar hökümət binaları və kəndlərə hücumlar edib, yüzlərlə adamı öldürüb və ya qaçıdıb, məktəbləri dağıdıb, onları İŞİD-in dini seminariyaları ilə əvəzləyiblər.
Qrup həmçinin ölkənin paytaxı Kabildə onlarla ölümcül hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.