Accessibility links

Avstraliya İslam Dövlətinə qarşı hərbi əməliyyatlara qoşuldu


Avstraliya qırıcı təyyarələri İslam Dövləti qrupuna qarşı beynəlxalq səylərin bir hissəsi olaraq İraq üzərində ilk hərbi missiya yerinə yetirib.

Avstraliyanın müdafiə naziri deyib ki, ölkənin iki döyüş təyyarəsi gecə saatlarında İraqın şimalı üzərində uçuş keçirib. Hədəflərə hücum edilməyib.

Əməliyyat ölkənin kabineti döyüş təyyarələri və xüsusi qüvvələrin İraqa göndərilməsinə dair qərar qəbul etdikdən bir gün sonra başlayıb.

Müdafiə Nazirliyi bildirib ki, nazirlik xüsusi qüvvələrin “İraqa yardım əməliyyatı”-na başlaması üçün hələ də İraq hökumətindən təsdiq qərarı gözləyir.

ABŞ qüvvələri bir neçə həftədir İslam Dövləti qrupuna qarşı Suriya ilə İraq üzərində hava hücumları həyata keçirir.

Hərbçilər deyir ki, bazar günü sonuncu hava hücumlarının Suriyada Raqqa və Əl Mayadin şəhərlərində tanklar və digər mövqeləri hədəf alıb. O cümlədən İslam Dövləti döyüşçülərinin İraqın Fəlluca, Hit və Sincardakı mövqeləri də vurulub.

XS
SM
MD
LG