Accessibility links

Adının İsis olması gənc qıza Facebook hesabının bağlanması bahasına başa gəlib


Adının İsis (İŞİD) olması gənc qıza Facebook hesabının bağlanması bahasına başa gəlib.

Softveyr mühəndisi bu həftə hesabının başlandığını aşkar edib. Sosial mediaya etirazını Aysis tvitterdə bildirib.

Qədim Misirdə analıq və ağıl ilahəsinin adı Aysis olub.

Aysis Facebook-a dəfələrlə müraciət etdikdən sonra hətta pasportunun surətini göndərib.

"Facebook mənim terrorçu olduğumu düşünür. Pasportumun surətini göndərmək belə hesabımın açılmasına yardım etməyib"-deyə o, tvitlərinin birində yazıb.

Bir neçə gündən sonra Aysis Facebook-dan adsız elektron poçtu alıb.

"Salam, İsis, kimliyini sübuta yetirdiyin üçün təşəkkür edir, yaratdığımız narahatlığa görə üzr istəyirik. Hesabınızı açdıq"-deyə məktubda bildirilib.

Onun Facebook hekayəsi xəbər agentliklərinin diqqətini cəlb edib və onlar Facebook-u cavab verməyə çağırıb.

Və nəhayət şirkətdən belə bir mesaj gəlib.

"Saxta hesabdan göndərilən ilkin məktub yanlışlığın nəticəsidir. Biz yaranan problemə görə üzr istəyirik."

XS
SM
MD
LG