Accessibility links

İstanbuldakı terrorun məsuliyyətini İŞİD öz üzərinə götürüb


İŞİD terror qruplaşması Yeni İl günü İstanbulda gecə klubunda törədilmiş terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. Rəsmilər hücum nəticəsində 39 nəfərin öldüyünü və terrorçuların axtarışlarının davam etdiyini bildirir.

Qruplaşmanın açıqladığı bəyanatda deyilir ki, hücumu "xilafətin əsgərləri" həyata keçirib.

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuşun sözlərinə görə, rəsmilər silahlıların barmaq izlərini və sadə təsvirlərini müəyyən edib və onların kimliyini müəyyən etməyə də çox yaxındır. O, habelə hücumla bağlı 8 nəfərin saxlanmasına dair yayılan xəbərləri də təsdiq edib.

Yanvarın 1-i gecə saat 1:30 radələrində İstanbulun Beşiktaş rayonundakı məhşur Reyna klubuna silahlı hücum nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb. Hücum zamanı 69 nəfərin isə yaralandığı bildirilir.

Klubda olan insanların bəzilərinin gülləyə tuş gəlməmək üçün dənizə tullandığı deyilir.

Sosial mediada yayılan videoda əlində avtomat silah olan bir şəxsində atəş açaraq Reynaya yaxınlaşdığı görülür. Ancaq yaralanaraq xilas olan hadisə şahidləri deyir ki, biri avtomatş ikisi tapanca ilə ən azı 3 nəfər Reynaya hücum həyata keçirib.

Dünən səhər saatlarında yazılı açıqlama verən dövlət başçısı Rəcəb Tayyib Ərdoğan hücumun ölkənin sabitliyini pozmaq və xaos yaraqmaq məqsədi daşıdığını bildirib.

"Onlar xalqımızın moralını pozmağa, xaos yaratmağa və mülki vətəndaşları hədəf almaqla xalqımızın sabitliyinə qəsd etməyə çalışırlar. Ancaq biz bir millət olaraq soyuqqanlılığımızı saxlayacaq, bir-birimizlə daha çox birlik olacaq və belə çirkli oyunlara icazə verməyəcəyik. Müxtəlif terror təşkilatlarının ölkəmizi hədəf aldığı bu hücumların bölgədə yaşanan hadisələrlə bağlı olmasından xəbərdarıq. Ölkəmizə qarşı təhdid və hücumları mənbəyindən yox etmək məsələsində isə qərarlıyıq" - deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG