Accessibility links

İŞİD Əfqanıstanda onlarla məktəbi bağlayıb


İŞİD Əfqanıstanın şimal bölgəsində onlarla məktəbi bağlayıb.

Yerli məktəblərdən birinin direktoru Əbdül Hai Yasin Amerikanın Səsinə bildirib ki, İslam Dövləti qrupunun təhdidləri minlərlə şagirdi məktəbdən uzaq saxlayır.

“Qoştəpə və Dərzabdakı qarşıdurmalar insanları qorxudur. Onlar uşaqlarını məktəblərə göndərməkdən çəkinir” – deyə, Yasin bildirib.

18 500-dən artıq uşağın məktəbə getməməsi fəlakətdir

O əlavə edib ki, minlərlə qız və oğlan təhsil hüququndan məhrumdur. Belə ki, məktəbə gedən hər bir uşaq İŞİD tərəfindən öldürülmə təhlükəsi altındadır.

“25 məktəb İŞİD-in nəzarəti altındadır. Müəllimlər dərs vermək üçün məktəblərə gedə bilmir. 18 500-dən artıq uşağın məktəbə getməməsi fəlakətdir” - deyə, Dərzab rayonunun icra hakimi Baz Məhəmməd Davar bildirib.

Terroçu qrupu təhsil infrastrukturunu tamamilə sıradan çıxarıb.

İyul ayında Cazviyan əyalətinin icraçı qubernatoru Əbul Rəhman Mahmudi Amerikanın Səsinə bildirib ki, dağıdılan məktəblər arasında qız məktəbləri də var. Qız məktəblərinin yandırılaraq yerlə yeksan edildiyi bildirilib.

İŞİD qızlara təhsili qadağan edib. Qızlar həmin bölgənin 18 min məktəblisinin 40 faizini təşkil edir. Regionda 47 dövlət məktəbi fəaliyyətdədir.

Məktəblərdəki bütün biologiya laboratoriyaları məhv edilib. İŞİD insan skeleti üzərində aparılan tədrisin politeizm (bir allahdan çox allaha inam) hesab edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG