Accessibility links

İŞİD-in təbliğat müstəvisi məhdudlaşır [Video]


İŞİD-in təbliğat müstəvisi məhdudlaşır
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Təhlilçilər İslam Dövləti terrorçu qrupunun İraq və Suriyada ərazi itirməkdə davam etməsini ciddi dəyişiklik kimi qiymətləndirir. Qrupun bu yaxınlarda yaydığı videoların əksəriyyəti İraqın Mosul şəhərindəki döyüşləri əhatə edir. Onların xarici döyüşçüləri sıralarına qoşulmaq çağırışları artıq bir o qədər əhəmiyyət kəsb etmir.

Təbliğat mahiyyətli videoların birində İŞİD Mosulda intihar hücumunu nümayiş etdirib.

Londonda yerləşən Beynəlxalq Radikallaşmaların Araşdırılması Mərkəzindən Çarli Uinter bu qrupun media səylərini izləyir.

“İslam utopiyasından müharibəyə keçiddə ciddi dəyişiklik müşahidə edilir. İŞİD-in ərazilərini itirdiyi göstərilən videolar həm də ərazilərin müdafiəsini düşmən üçün bahalaşdırır.”

İslam Dövləti daha artıq əraziləri ələ keçirərkən, videolar daha çox xilafət ideyası kimi utopik xəyallara əsaslanırdı. Videolarda daha az döyüşlər və əsasən dinc ərazilər nümayiş etdirilirdi. 2014-cü ilin video görüntülərində Briytaniya döyüşüçlərinin müsəlmanları Suriya və İraqa səfər etmək üçün qane etməyə çalışdıqları nümayiş etdirilib.

“Qrup indi də xarici döyüşçüləri sıralarına cəlb etməyə çalışır. Amma fərqli yollarla. Onlar artıq insanları İraq və Suriyaya mühacirət etməyə çağırmır. Deyir ki, vətənlərinizdə qalın, oradan hücumlar həyata keçirin.”

Fransa, Almaniya və Türkiyə daxil edilməklə, İŞİD Yaxın Şərqdən kənarda da terror hücmlarına əl atıb. Eyni zamanda islam xilafəti xülyaları da zəifləməyə başlayıb.

“Onların təbliğat müstəvisi məhdudlaşıb. Koalisiya qüvvələri də təbliğatçılara hücum edir. Qrup dörd tərəfdən dağıdılır.”

İŞİD-in utopist ideyaları hələ də davam edir. Son videoların birində terror qrupunun Suriyanın Rəqqa şəhərindəki ictimai xidmətlərindən bəhs edilir. Hətta gülümsəyən polis işçisi…

“Videonun tonu belə maraqlıdır. Bu, yaşanmamış nastolgiyanı göstərir. Hətta Rəqqa kimi istehkamlarında. Onlar mənəvi baxımdan sarsıldıqda, bu videolara baxıb İŞİD dövrünü yada salacaqlar .”

Uinterin dediyinə görə, İŞİD hələ də ciddi zorakılıqlara əl atır. Lakin qrupun son videolarının nadir hallarda yayılması, onun mediada zəifləyəcəyinə işarədir.

XS
SM
MD
LG