Keçən il özünü xilafət elan etmiş İslam Dövləti terror qruplaşması süquta uğradı. Suriyada İŞİD-in nəzarətində olan sonuncu istehkam mart ayında ABŞ-ın dəstəklədiyi qüvvələrə təslim oldu. ABŞ xüsusi təyinatlı qüvvələri oktyabr ayında İŞİD-in lideri Əbu Bəkr Əl-Bağdadini öldürdü.
Hələ 2019 ildən əvvəl İslam Dövləti artıq geriləməkdə idi. Artıq İraqdakı ərazini idarə edə bilmədiyinə görə, bu terror qruplaşmasının sonunun gəldiyi deyilirdi. Donald Tramp: "Təxminən iki ildir ki, prezidentəm və həqiqətən də bu addımı atdıq və İŞİD-ə qalib gəldik."
Birləşmiş Ştatlar prezidenti bu iddianı dəfələrlə təkrar edirdi. “Biz sadəcə ərazini ələ keçirdik. Siz Suriyada xilafətin 90, sonra 92 faizinin azad olunduğunu eşidirdiniz. İndi bu, 100 faizdir, xilafəti 100 faiz məğlub etdik.”
Bəzi hallarda ABŞ-ın dəstəklədiyi qüvvələr bu iddiaları təkzib edirdi.
Martın 23-də özünün xilafəti elan etmiş İslam Dövləti demək olar ki, çökdü. Lakin müharibənin tam bitmədiyi tez bir zamanda aydın oldu. İslam Dövlətinin minlərlə döyüşçüsünün əsir düşdüyü, militantların on minlərlə ailə üzvlərinin əsir düşərgələrində saxlandığı bir vaxt, qrupun 18 minə qədər döyüşçüsü hələ də İraq və Suriyanın nəzarətdən kənardakı bölgələrində qalmaqda davam edir.
Aprel ayında İslam Dövləti Şri Lankada "Pasxa Bazarı Günü" azı 250 nəfərin ölümü, daha çox insanın ölümünə səbəb olan hücumun məsuliyyəti öz üzərinə götürərək, hələ də həyatda olduğunu göstərdi. Üstəlik yerinin naməlum qaldığı İŞİDlideri Əbu Bəkr Əl-Bağdadi davamçılarını ümidi itirməməyə və mübarizəni davam etdirməyə çağırırdı.
İŞİD-in filialları ayrı-ayrı yerlərdə çiçəklənməkdə davam edirdi. Kəşfiyyat mənbələri bu terrorçu qruplaşmanın Əfqanıstandakı qara bayrağı ətrafına 5,000-ə qədər döyüşçünün toplaşdığını öyrəndi. BMT-nin Millli Anti-terror Mərkəzindən Rassel Travers: “Beləliklə, onların təbliğatı onların Əfqanıstandan kənarda hücumlar həyata keçirmək istədikləri deməkdir. Lakin hazırda məhdudiyyətlər mövcuddur.”
Eyni zamanda İslam Dövləti sosial mediadan istifadə edərək, Afrika və Filippində kampaniyalara başladı. Lakin oktyabr ayında dağıdıcı bir zərbə aldı. “Dünən gecə ABŞ dünyanın bir nömrəli terrorçu liderini ədalət qarşısına çıxardı. Əbu Bəkr Əl-Bağdadi öldürüldü" deyə, Donald Tramp bildirdi.
ABŞ xüsusi təyinatlıları qüvvələri Bağdadinin Suriyadakı gizləndiyi yeri öyrənərək öldürdükdən az sonra ABŞ-ın dəstəklədiyi qüvvələr İslam Dövlətinin ikinci nömrəli liderini, Əbu Həsən Əl-Muhacir öldürdü.
İslam Dövləti buna cavab olaraq yeni xəlifə - çoxlarına naməlum olan Əbu İbrahim Əl-Haşimi Əl-Qureyşini seçdiyini bildirdi. Bu xəbər fonunda İslam Dövlətinin dünya boyu davamçıları və dayaq dəstələri toparlanmağa başladı.
İlin sonunda ABŞ və onun müttəfiqləri Əfqanıstanın əsas əyalətlərindən birində İslam Dövlətinə güclü zərbə vurdu. Lakin Filippindən tutmuş Afrikayadək dünyanın müxtəlif bölgələrində İŞİD və onun tərəfdaşlarına qarşı savaş tüğyan etməkdədir.