Accessibility links

Tərəfdarları İslam Dövlətinın yeni lideri ətrafında toplaşacaqlarına and içir


İslam Dövləti qrupunun bəzi tərəfdarları sosial mediadan istifadə edərək, əsl adı bəlli olmayan terror qrupunun yeni lideri ətrafında toplaşacaqlarına and içirlər.

Cümə axşamı İslam Dövləti Amaq xəbər agentliyi vasitəsilə yeni sözçüsünün Əbu İbrahim əl-Haşimi əl-Quraşini qrupun yeni lideri olduğunu deyən səs yazısını paylaşıb.

"O, cihad bayrağının baryağı, alimlərin alimi və müharibə əmiridir" deyən səs cihadçı kommunikasiyaları izləyən SITE Intelligence tərəfindən tərcümə edilib.

İslam Dövlətinin özünü xəlifə elan etmiş lideri Əbu Bəkr əl-Bağdadinin və onun sözçüsü Əbu Hassan əl-Muhacirin ölümlərini təsdiqləməsindən sonra qrup tərəfdarlarının sosial mediada və onlayn-dakı mesajları bəzi təhlilçilərin narahatlığına səbəb olub.

"Biz müsəlmanların xəlifəsi Əmir əl-Mümin Əbu İbrahim əl-Haşimi əl-Quraşiyə qulaq asacağımıza və itaət edəcəyimizə söz veririk" - deyə, İslam Dövləti ilə əlaqəsi olan kanallardan birinin yayımladığı mesajda bildirilib.

İslam Dövləti özünün yeni lideri barədəki xəbəri ABŞ Əl-Bağdadinin Suriyanın İdlib əyalətində, Türkiyə sərhədindən bir neçə kilometr məsafədə öldürüldüyü ilə bağlı ilk videonu nümayiş etdirdikdən 24 saat sonra yayıb.

Prezident Donald Tramp bazar günü səhər Ağ Evdə keçirdiyi mətbuat konfransında İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin ABŞ hərbi qüvvələrinin Suriyada xüsusi əməliyyatı nəticəsində öldürüldüyünü təsdiq edib və əməliyyatın detalları haqda açıqlamalar verib. “Ötən gecə Birləşmiş Ştatlar dünyada bir nömrəli terrorçu lider üzərində ədaləti bərqərar etdi. Bağdadi ABŞ hərbi qüvvələrinin Suriyanın şimal-qərbində keçirdiyi əməliyyatı nəticəsində öldürülüb ” - deyə, Tramp bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG