Accessibility links

Suriya ordusunun İdlibi geri alması İslam Dövlətinə necə təsir göstərəcək?


Suriyanın hökumət qüvvələri üsyançıların son əsas istehkamı olan İdlib vilayətinə doğru irəliləməyə davam etdiyi bir vaxt, ekspertlər şimal-qərbdə yerləşən bu bölgənin ölkənin digər hissələrində məğlub olandan sonra orada məskunlaşan İslam Dövləti döyüşçüləri üçün artıq sığınacaq yeri olmayacağını deyir.

Rusiya tərəfindən dəstəklənən Suriya ordusu aylardır İdlib bölgəsinin nəzarətini ələ almağa çalışır.

Suriya rejiminin qüvvələri ötən həftə İdlibdə 2012-ci ildən bəri üsyançıların nəzarətində olan strateji Maarət Əl-Numan şəhərini geri alıb.

İdlibdə son 8 ildir Suriyada davam edən müharibə səbəbindən müxtəlif bölgələrdən qaçanlar da daxil olmaqla, 3 milyona yaxın insan yaşayır.

BMT Təhlükəsizlik Şurasının bu yaxınlarda açıqladığı hesabatında İdlibə hələ də Əl-Qaidə və İslam Dövləti terror qrupu ilə əlaqəsi olan ekstremist qruplaşmalarının nəzarət etdiyi bildirilib.

"İdlib həmçinin müxtəlif bölgələrdən İŞİD döyüşçüləri və onların himayəsində olanlara da ev sahibliyi edir" - deyə, BMT hesabatında bildirir.

İslam Dövləti qrupunun 2019-cu ilin martında Suriyanın şərqində məğlubiyyətindən sonra ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrindən (SDF) qaçan terror qrupunun bir çox döyüşçüsü ailələri ilə birlikdəİdlibə yerləşib.

Ekspertər İŞİD olaraq tanınan İslam Dövləti qrupunun aqibətinin İdlibdəki bir çox üsyançı və islamçı fraksiyalarla eyni olacağını deyirlər.

"Suriya rejimi İdlib vilayətini ələ keçirərsə, islamçıların çoxluq təşkil etdiyi anklava sığınan İŞİD üzvləri öldürüləcək və ya Türkiyəyə qaçacaq" - deyə, Oklahoma Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Coşua Landis bildirir.

"Suriyanın Ələvi rəhbərliyi İŞİD-i düşmən hesab edir, çünki İŞİD ələviləri yezidilərlə eyni kateqoriyaya aid edir - onları dinsiz, qadınlarının qul, kişilərinin isə öldürülməli olduğunu deyir" Landis Amerikanın Səsinə bildirib.

Ələvilik İslam məzhəbidir və onlar əsasən Suriyada yaşayır. Ələvilər ölkə əhalisinin təxminən 10 faizini təşkil edir. Onlar özü də Ələvi olan Suriya prezidenti Bəşər Əsəd rejiminin dayağıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG