Accessibility links

İŞİD 2020-ci ildə qlobal səviyyədə onlarla hücum həyata keçirib


İŞİD 2020-ci ildə qlobal səviyyədə onlarla hücum həyata keçirib
please wait

No media source currently available

0:00 0:03:12 0:00

İŞİD 2020-ci ildə qlobal səviyyədə onlarla hücum həyata keçirib

İraq və Suriyada nəzarətində olan əraziləri itirən İslam Dövləti bir il sonra, 2020-ci ildə Yaxın Şərqdən tutmuş Afrikaya və Avropaya qədər onlarla ölümcül hücum həyata keçirib.

Bu, İslam Dövlətinin keçən ay Əfqanıstanın Kabul Universitetinə hücumunun nəticəsidir. Hücum zamanı əksəriyyəti tələbələr olmaqla, təxminən 30 nəfər ölüb.

Kütləvi qətllər İslam Dövlətinin prezident Donald Trampın ekstremist qrupun əraziləri itirməsini elan etməsindən bir neçə ay sonra, 2020-ci ildə qlobal səviyyədə həyata keçirdiyi onlarla hücumdan yalnız biri idi. Donald Tramp: “ABŞ ordusu, koalisiya tərəfdaşlarımız və Suriya Demokratik Qüvvələri əvvəllər İŞİD-in Suriya və İraqda nəzarətində bütün əraziləri praktiki olaraq azad etdi. Çox güman ki, xilafətə 100% sahib olduğumuz barədə məlumat gələn həftə rəsmi olaraq elan ediləcək.”

İŞİD mövqeləri hələ də Suriya və İraqda qalır və onlar hücumlara davam edir. Fransada daha çox hücum olub. Parisdəki Sorbonna universitetində Məhəmməd peyğəmbərin karikaturalarını sinifdə göstərdiyi üçün oktyabr ayında radikal bir islamçı tərəfindən başı kəsilən məktəb müəllimi Samuel Patinin anım mərasimi keçirilir.

Fransa Afrikada terrorla mübarizə aparan bir neçə Qərb ölkəsindən biridir və müşahidəçilərin dediyinə görə, xilafətin itirilməsi terror qruplaşmasının fəaliyyətinə az təsir göstərib.“Ümumiyyətlə, İslam Dövlətinin Afrikadakı trayektoriyasına baxanda açıq qapıdır. Qrupun orada istismarına davam etməsi üçün fürsətlər var, məsələn, yerli münaqişələr. Açığı, qərb tərəfdaşlarının Afrika münaqişələrinə marağı yoxdur” - deyə, American Enterprise İnstitutundan Ketrin Zimmerman bildirir.

Prezident Tramp ölkəsini xarici ölkələrdə uzun sürən qarşıdurmalardan qurtarmaq üçün kampaniyaya başladı və bu, Somali, Suriya, Əfqanıstan və İraqdakı ABŞ ordusunun azalmasına səbəb oldu.

Lakin bəzi ekspertlər İraqın şimalında, neftlə zəngin mübahisəli ərazilərdə İŞİD-in yerli sakinlərlə İraq ordusu və şiə yarı-hərbi qrupları arasındakı etibarsızlığın artmasından artıq istifadə etdiyi barədə xəbərdarlıq edir. Pensilvaniya Universitetindən Məhəmməd Salih: ”​İraqın yerli təhlükəsizlik və ədliyyə sistemindəki səriştəsizlik və korrupsiya ilə əlaqəli istəksizlik mövcuddur ki, bu da bölgələrdə İŞİD-in yaşaması və hücumlarını mümkün edir.”​

Cihadçı təhdidlərinə gəldikdə, 2020-ci il ABŞ üçün yaxşı bir il hesab oluna bilər. Belə ki, radikal islamçılar bu ölkədə ölümcül hücumlar həyata keçirməyib. Lakin Avropada azı 9 həyata son qoyub ki, bu da 2019-cu ildə öldürdükləri ilə eyni saydadır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG