Accessibility links

ABŞ Talibanla danışıqların baş tutacağına ümid edir


Taliban office in Doha
Taliban office in Doha
ABŞ Dövlət Departamenti Talibana təklif olunan birbaşa görüşün yaxın günlərdə Dohada baş tutacağına umid edirlər.

Taliban nümayəndə heyəti və yüksək rütbəli ABŞ rəsmilərinin qatılması gözlənilən Doha danışıqları cümə axşamı günü keçirilməli idi. Ancaq Əfqanistan prezidenti Həmid Karzay Talibanın Dohada siyasi ofisinin açılmasına etirazını bildirib və deyib ki, onun höküməti bu danışıqları dəstəkləməyəcək.

Cənab Karzay Talibanın bu həftənin evvəli Dohada açdığı ofisin üzərində “Əfqanistan İslam Əmirliyinin ofisi” yazılması və İslam Əmirliyi bayrağının ucaldılmasına etiraz edib.

Rəsmilər bildirir ki, Taliban təşkilatın adını dəyişdirərək, əvvəlcədən razılaşdırılmış “Əfqanistan Talibançılarının siyasi ofisi” qoyublar. Dövlət Departamentinin sözcüsü Cen Psaki b u addımı müsbət adlandırıb. O, ABŞ-ın danışıqların baş tutmasında maraqlı olduğunu və bu müzakirələrin siyasi barışıq və həllə doğru ən yaxşı yol olduğunu bildirib.
XS
SM
MD
LG