Accessibility links

İslam Dövləti qrupu hərbi hava bazasına nəzarəti ələ keçirib


İslam Dövləti cihadçı qrupunun döyüşçüləri günlərlə davam edən döyüşlərdən sonra bu gün Suriyanın şimalında başlıca hərbi hava bazasını ələ keçirib.

Suriya dövlət mediasının məlumatına görə, hökumət qüvvələri Tabqa hava bazasını boşaldandan sonra yenidən bir araya gəlir.

Suriya İnsan Haqlarını Müşahidə qruupu bildirib ki, Raqqa şəhəri yaxınlığındakı baza ətrafında bəzi döyüşlər hələ də davam edir.

Hava bazası islamçı yaraqlıların demək olar ki bütöv nəzarətində olan bu regionda hökumət qüvvələrinin yeganə istehkamı idi.

Ekstremist qrup son həftələrdə Suriyanın 3 hərbi bazasını ələ keçirib. Hazırda İslam Dövləti hazırda Suriyanın şərqində, eləcə də İraqın şimal və qərb bölgələrində geniş bir əraziyə nəzarət edir.

XS
SM
MD
LG