Accessibility links

İŞİD Mançesterdə bomba partlayışına görə məsuliyyəti öz üzərinə götürüb


İslam Dövləti qrupu Mançester şəhərində amerikalı pop ulduz Ariana Qrandenin konsertində bomba hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. Hücum nəticəsində 22 nəfər həyatını itirib, onlarla adam yaralanıb.

Terrorçu qrup "səlibçilər" adlandırdığı insanlara qarşı hücumun "xilafət əsgəri" tərəfindən törədildiyini bildirib. Polisin bildirdiyinə görə, partlayış zamanı ölənlərin əksəriyyəti uşaqlar və yeniyetmə gənclərdir.

Lakin ABŞ kəşfiyyatının yüksək səviyyəli rəsmisi deyib ki, Mançester hücumunun arxasında İslam Dövləti qrupunun durduğu hələ aydın deyil.
Milli Kəşfiyyat agentliyinin direktoru Den Koats Konqresə bildirib ki, terrorçu qrup çox halda terror hücumunun məsuliyyətini öz üzərinə götürür.

Britaniya polisi hücumçunun özü ilə əldə hazırlanmış partlayıcı qurğu gətirdiyini və onu partladandan sonra hadisə yerində öldüyünü bildirib. Hücum nəticəsində 59-dan çox adam xəsarət alıb.

Baş nazir Teresa Mey polis və təhlükəsizlik rəsmilərinin hücumçunun şəxsiyyətini müəyyən etdiyini, lakin hələ ictimaiyyətə açıqlamağa hazır olmadığını bildirib. O həmçinin qeyd edib ki, xəstəxanalarda olan yaralıların çoxunun vəziyyəti ağırdır.

Partlayış 21 min nəfərlik Mançester Arena konsert zalında Qrandenin konsertinin sonunda baş verib.

Müğənni Tvitter səhifəsində hadisə ilə bağlı dərin təəssüfünü bildirib.
"Ürəkdən dərin təəssüf hissi keçirirəm. Sözüm yoxdur.", Qrande Tvitterdə yazıb.

Baş nazir Teresa Mey deyib ki, hücum maksimum tələfat törətmək və gəncləri hədəf almaq məqsədi daşıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG