Accessibility links

İslam Dövlətinin Rəqqadakı sonu yaxınlaşır


Suriyanın Rəqqa şəhərində olan İslam Dövləti dəstələri məğlub edilməyə yaxındır və şəhər nəhayət ki, bu həftəsonu cihadçılardan təmizlənə bilər. Bu sözləri Reuters xəbər agentliyinə Suriya Kürd Müdafiə Birləşmələri deyiblər.

ABŞ-ın başçılıq etdiyi İŞİD-ə qarşı koalisiyadan bilirilib ki, son 24 saat ərzində Rəqqada gedən döyüşlərdə 100-ə yaxın cihadçı təslim olub və şəhərdən uzaqlaşdırılıblar. Buna baxmayaraq, növbəti günlərdə döyüşlərin daha da mürəkkəbləşəcəyi gözlənilir.

Hava hücumları və xüsusi dəstələrin köməyinə arxalanan Suriya Demokratik Qüvvələri iyun ayından bəri İslam Dövlətini Rəqqadan uzaqlaşdırmaq uğrunda döyüşlərdə iştirak edirlər. Rəqqa şəhəri daha öncə İŞİD-in de fakto paytaxtı və Qərbə qarşı hücum əməliyyatları bazası hesab olunurdu.

İslam Dövlətinin Rəqqadda məğlub edilməsi Mosuldakı qələbədən sonra militant qrupla mübarizədə ən əhəmiyyətli nailiyyət olacaq.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG