Accessibility links

İslam Dövləti yeni video yayıb


Videoda üç kürd Peşmərgə döyüşçüsünün başının kəsildiyi göstərilir

Islam Dövləti qrupu üç kürd Peşmərgə döyüşçüsünün başının kəsildiyi göstərilən video yayıb. Videoda kürdlər ekstermistləri bombalamağı dayandırmasalar, daha çox əsirin başı kəsiləcəyi barədə xəbərdarlıq yer alıb.

ABŞ-ın başçılıq etdiyi koalisiya və İranın dəstəklədiyi kürdlər İraqın şimal bölgəsində yerləşən Kürdüstan muxtar regionu və Suriyada ekstremistlərə qarşı döyüşür. Onlar Ninevah və Kərkük əyalətlərindən ekstermistləri geri çəkiblər.

İran yeni ili ərəfəsində yayılan altıdəqiqəlik videonun açılış səhnələrində insanların Peşmərgə raketlərdən açılan atəş nəticəsində öldükləri göstərilir. Dahah sonra kamera əlləri bağlı narıncı geyimlərdəki adamları göstərir. Onlar qara geyimli kürdcə danışan militantların önlərində diz çökürlər.

Reuters-in verdiyi məlumata əsasən, videoda bir militant İran və koalisiyaya qarşı təhqiredici ifadələr işlədərək “Müsəlman Kürd insanlarına: Bilin ki, bizim müharibəmiz sizinnlə deyil, səfəvilər və səlibçilərlə ittifaq qurub, müsəlmanlara qarşı mübarizə aparanlara qarşıdır”, deyir.

Daha sonra kürd lideri Məsud Barzaniyə üzünü tutan digər militant əlavə edir: “Biz sizi xəbərdar etmişdik ki, İslam Dövlətinə qarşı atdığınız hər raketə görə siz öz əllərinizlə əsirlərinizi öldürmüş olacaqsınız”.

Bu həftənin əvvəli kürd qüvvələri militantların İabil marketinə qarşı hücuma cavab olaraq, Mosulda İslam Dövlətini atəşə tutublar.

Video hələ ki, təsdiqlənməsə də, videonun İslam Dövlətinə qarşı bomba hücumlarının baş tutduğu Ninevah əyalətində çəkildiyi güman edilir.

XS
SM
MD
LG