Accessibility links

İslam Kərimovun cəsədi Səmərqəndə yola salınıb [Fotoqalereya]


Özbəkistanın paytaxt Daşkənd küçələrinə düzülən minlərlə insan uzun illərdir hakimiyyətdə olan İslam Kərimovun dəfn kortejini yola salıblar.

O, doğulduğu qədim İpək Yolu şəhəri Səmərqənddə dəfn ediləcək.

Hökumət avtoritar prezidentin ölümünü dünən axşam saatlarında açıqlayaraq günlərdir iflicdən əziyyət çəkən Kərimovun ölüm xəbəri barədə şayiələrə son qoymuşdu. Özbək rəsmiləri bir neçə gün idi komada olan liderin 78 yaşında vəfat etdiyini bildirib. Onun ölümü Özbəkistanın müstəqillik günündən bir gün sonraya təsadüf edib.

Kərimov 25 il idi ki, hakimiyyətdə idi.

Kərimovun kiçik qızı Lola Kərimova-Tilyayeva atasının ölümü barədə internetdə belə mesaj göndərib. "O, bizi tərk etdi... Sözlərin tükənib. Nə özüm də buna inana bilmirəm. Alla rəhmət eləsin" - o, özbək dilində yazıb. Kərimovanın mesajına minlərlə insan münasibət bildirib.

Müstəqillikdən bəri yeganə lider

Kərimov Sovet İttiqafının dağılması ilə müstəqillik əldə edən Özbəkistanın indiyədək olan yeganə prezidentidir. 1989-cu ildən bəri müxalifəti əzən və ölkəni avtoritar üsulla idarə edən Kərimov özünə varis yetişdirməyib. Müşahidəçilər bu üzdən ölkədə hakimiyyət boşluğu yarandığını bildirirlər.

Kərimov Sovet İttiqafının dağılması ilə müstəqillik əldə edən Özbəkistanın indiyədək olan yeganə prezidentidir. 1989-cu ildən bəri müxalifəti əzən və ölkəni avtoritar üsulla idarə edən Kərimov özünə varis yetişdirməyib. Müşahidəçilər bu üzdən ölkədə hakimiyyət boşluğu yarandığını bildirirlər.

Güman edilir ki, siyasi keçid prosesi bağlı qapılar arxasında bir qrup rəsmi və ailə üzvlərinin iştirakı ilə baş verəcək. Lakin bu adamlar arasında kompromis əldə olunmazsa, qarşıdurma 38 milyon əhalisi olan ölkəni çalxalaya və islamçı militantların hədəfinə çevrilə bilər.

Amnesty International təşkilatı Özbəkistanda insan haqları durumunun bərbad olduğunu bildirir. Minlərlə adamın siyasi motivlərlə həbs olunduğu bu ölkədə işgəncə və başqa növ basqılar mütəmadi hal alıb.

2005-ci ilin mayında Əndican şəhərində baş qaldıran etiraz əsnasında İslam Kərimov etirazçıların gülləbaran edilməsinə göstəriş vermişdi. Yüzlərlə adamın qətlindən sonra Qərbin tənqidləri ilə üzləşən Kərimov belə cavab vermişdi:

"Azadlıq və demokratiya adı altında bizim daxili işlərimizə qarışmayın. Bizə nə etməli, kimlə dost, kimlə necə münasibət qurmalı olduğumuzu deməyin."

Kərimovun ölümü ilə Özbəkistan Konstitusiyasına görə prezidentin səlahiyyətlərini müvəqqəti olaraq Senat spikeri Nigmatilla Yoldoshev icra edəcək.

"Tarixdə yeni səhifə"

Çinə səfərə çıxmamışdan əvvək cümə günü gecə açıqlama verən ABŞ prezidenti Barak Obama ölkə tarixində yeni səhifənin başladığını bildirib: "Özbəkistan öz tarixinin yeni səhifəsinə başladığı bir vaxt Birləşmiş Ştatlar Özbəkistanla tərəfdaşlığına, onun süverenliyinə, təhlükəsizliyinə və bütün vətəndaşlarının gələcək insan haqlarına dair öhdəliyinə sadiq qalır."

Obamanın qatılacağı Böyük İyirmilik sammitində Rusiya prezidenti Vladimir Putinin də olacağı və hər iki liderin geo-siyasi atmesferi müzakirə edəcəyi gözlənilir.

Türkiyə Kərimovun ölümünü Daşkənd təsdiq etməmişdən bir neçə saat əvvəl bəyan etmişdi.

Türkiyə baş naziri Binəli Yıldırım hələ rəsmi təsdiq gəlməzdən öncə Özbəkistan prezidentinin vəfat etdiyini bildirmişdi.

Yıldırım bu gün televiziya ilə yayımlanan kabinet iclasında Özbəkistana başsağlığı verib.

"Özbəkistan prezidenti İslam Kərimov vəfat edib. Allah rəhmət eləsin! Türkiyə Cumhuriyyəti özbək xalqının kədərini bölüşür" - deyə baş nazir bildirib.

XS
SM
MD
LG