Accessibility links

Babək Çələbiyanlı: ‘İslam Respublikasına yox!’ kampaniyası qeyri-farsların dəstəyi olmadan uğurlu olmaz


Babək Çələbiyanlı
Babək Çələbiyanlı

Bu yaxınlarda ölkə xaricində yaşayan yüzlərlə iranlı müxalif birgə bəyanat imzalayaraq “İslam Respublikasına Yox!” adlı bir kampaniya başladıblar. Farsdilli medianın gündəmində olan bu kampaniyanı başladanlar, bunun İslam Respublikasına müxalif qüvvələri birləşdirmək istiqamətində bir təşəbbüs olduğunu bildirirlər.

Babək Çələbiyanlı: ‘İslam Respublikasına yox!’ kampaniyası qeyri-farsların dəstəyi olmadan uğurlu olmaz
please wait

No media source currently available

0:00 0:13:07 0:00

Siyasi fəal Babək Çələbiyanlı Amerikanın Səsi ilə söhbətdə İranın qeyri-fars icmalarının dəstəyi olmadan bu növ kampaniyaların uğurlu ola bilməyəcəyini ifadə edir.

Hərkəs arzu edərdi ki, İranın müxalif qüvvələri bəlli bir çərçivədə bir araya gəlsin. Amma, nə yazıq ki, bu kampaniya sadəcə bir şüardır. Sadəcə bir media kampaniyasından ibarətdir. Burada qeyri-fars icmaların təmsilçilərini görmürük.

Çələbiyanlı deyir ki, “həm o mərkəziyyətçi qüvvələr, həm də qeyri-fars qüvvələr başa düşməlidirlər ki, heç biri tək başına İslam Respublikasını devirə bilməz. Müvəqqəti də olsa bunların bir-birinin dəstəyinə ehtiyacı var.

Onun sözlərinə görə, “İslam Respublikasına yox!” kampaniyasına dəstək verən müxaliflər arasında qeyri-fars icmalara mənsub şəxslər olsa da, bu icmaların hüquqlarını müdafiə edən qüvvələrin imzası yoxdur.

“Qısa bir zaman içərisində gördük ki, bu kampaniyanın arxasında Pəhləvilər ya monarxistlər və digər İranpərəst və ya mərkəziyyətçi qüvvələr var... Bunlar çalışır ki, bunu təşkilatlar üstü bir kampaniya kimi göstərsinlər. İstəyirlər ki, bu kampaniya çətiri altında iranlı müxalif qrupları bir araya gətirsinlər. Amma, qeyri-fars millətlərin siyasi təşkilatlarından bu günə qədər kimsə bu kampaniyanı dəstəkləməyib,” siyasi fəal söyləyir.

O, əlavə edir, “hərkəs arzu edərdi ki, İranın müxalif qüvvələri bəlli bir çərçivədə bir araya gəlsin. Amma, nə yazıq ki, bu kampaniya sadəcə bir şüardır. Sadəcə bir media kampaniyasından ibarətdir. Burada qeyri-fars icmaların təmsilçilərini görmürük. Necə ola bilər ki, İranın müxalif qüvvələrinin hamısı bir araya gəlir və ölkənin 70 faizi təmsil olunmur.”

Artıq siyasətdə biraz cəsur olmaq lazimdir. Bəzi maneələri aşa bilmək lazimdir. 42 ildir həm o mərkəziyyətçi güclər, həm də bu tərəfdə qeyri-fars icmalar başa düşməlidirlər ki, nə bunlar tək başına İran rejimini çevirə bilər, nə onlar tək başına.


“İslam Respublikasına yox!” kampaniyasını başladanlar bu təşəbbüsün “İranın Suriyalaşma ehtimalına qarşı bir çözüm” olduğunu irəli sürürlər.

“Bunun qarşısını necə almaq olar ki, İran Suriya olmasın? Bu o deyil ki, gətirək mərkəziyyətçi qüvvələrin istəyi, yəni fars kimliyi üstünlüyü əsasında bir birliyin içində müxalif qüvvələri toplayaq deyək, gəlin İslam Respublikasına qarşı mücadilə edək. Bu mümkün deyil,” deyə, siyasi fəal ifadə edir.

Qeyri-fars icmaların siyasi qüvvələri və “mərkəziyyətçi müxaliflərin” bir araya gəlməsinə mane olan amillərə diqqət çəkən Çələbiyanlı əlavə edir ki, “hər iki tərəfdə əməkdaşlıq istəyənlər var. Amma ortada bir güvənsizlik var. Biriləri mərkəziyyətçi qruplardan qeyri-fars qruplara tərəf gəldiyində, onlar öz bazalarında belə ittiham edilirlər ki, siz gedib pan-türkistlər ilə separatçılar ilə oturursunuz. Bu tərəfdən, bizdən gedib onlarla görüşəndə və ya onların dəvətinə cavab verəndə, öz bazamızla qarşı-qarşıya gəlirik ki, sizlər gedib şahçılar ilə, mücahidlər ilə oturdunuz, Azərbaycanın düşmənləri ilə oturdunuz.”

Babək Çələbiyanlı bu qrupların heç birinin tək başına İslam Respublikasını devirə bilməyəcəyini vurğulayır:

“Artıq siyasətdə biraz cəsur olmaq lazimdir. Bəzi maneələri aşa bilmək lazimdir. 42 ildir həm o mərkəziyyətçi güclər, həm də bu tərəfdə qeyri-fars icmalar başa düşməlidirlər ki, nə bunlar tək başına İran rejimini dəyişə bilər, nə onlar tək başına. Yəni, müvəqqəti olsa da bunların bir-birinin dəstəyinə ehtiyacları var.”

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp beynəlxalq məhkəməyə sanksiya tətbiq etdi
please wait

No media source currently available

0:00 0:13:08 0:00
XS
SM
MD
LG