Accessibility links

Müsəlman ölkələrinin liderləri Mali və Suriyada vəziyyəti müzakirə edir



Misir paytaxtında zirvə görüşündə iştirak edən müsəlman ölkələrinin liderləri Suriyada vətəndaş müharibəsinə soy qoymağa çağırıb və Fransanın islamçı yaraqlıları dəf etmək üçün Maliyə müdaxiləsini yüksək qiymətləndirib.

Qahirədə İslam Dövlətləri Təşkilatının 57-ci sessiyasını açana Seneqal prezidenti Maki Salla müsəlman ölkələrinin liderlərini Malinin suverenliyini dəstəkləməyə səsləyib. O deyib ki, təşkklat azlıqda olan terrorçuların cinayət törətməsi, inamı pozması və islama nifrəti artırmasına yol verməməlidir.

İki gün sürədək konfransa ev sahibliyi edən Misir prezidenti Məhəmməd Mursi Fransanın Malidə əməliyyatlarını dəfələrlə qınayıb, onun islamçı müttəfiqləri ilə Qahirədə Fransanın müdaxiləsinə etiraz olaraq Fransa səfirliyi qarşısında nümayiş keçirib.

Konfrans iştirakçılarına müraciətində cənab Mursi İslam Dövlətləri Təşkilatını Suriya müxalifətinin birləşmə və dəyişikliyə nail olmaq səylərini dəstəkləməyə çağırıb.
XS
SM
MD
LG