Banqladeş paytaxtı Dhakada Məhəmməd Peyğəmbərin məsxərəyə qoyulduğu filmə yeni etiraz aksiyası zamanı polis və nümayişçilər arasında toqquşma baş verib.
Təhlükəsizlik qüvvələri onlara daş atan nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər bir neçə islamçı qrupun üzvləri olub.
Şahidlərin bildirdiyinə görə, nümayişçilər polisə məxsus avtomobil də daxil olmaqla, maşınları yandırmışlar. Bəzi nümayişçilər həbs edilib.
Nümayişi təşkil edən alyans ABŞ-da istehsal edilmiş videoya etiraz olaraq bazar günü ölkə boyu nümayişlərin keçirilməsinə çağırıb.