Accessibility links

Zöhrab İsmayıl: Qaz ixracı itkiləri kompensasiya edə bilməyəcək [Video-Müsahibə]


Zöhrab İsmayıl: Qaz ixracı itkiləri kompensasiya edə bilməyəcək
please wait

No media source currently available

0:00 0:12:17 0:00

İqtisadçı ekspert Azərbaycanın qaz ixracı layihələrinin çətinliklərlə üzləşəcəyini proqnozlaşdırır

İqtisadçı ekspert Zöhrab İsmayıl Amerikanın Səsinin suallarını cavablandırarkən bildirib ki, Azərbaycan hökuməti 2015-ci il dövlət büdcəsində neftin qiymətini 90 dollar nəzərdə tutub. Yalnız bu qiymətin hazırda 50 dollardan aşağı olması neftdən asılı olan Azərbaycan üçün böyük problemlər yaradır.

Onun bildirdiyinə görə, ilin birinci yarısında büdcə gəlirlərində 20 faiz kəsir qeydə alınıb. Bunun davamı olaraq bir sıra xərclərin ixtisar edildiyini deyən ekspert bunun əsasən dövlət investisiya layihələrinə təsir etdiyini və avtomatik olaraq iş yerlərinin ixtisarına yol açdığını bildirib.

Zöhrab İsmayıl neft qiymətlərinin düşməsi ilə bir sıra layihələrin dayanma təhlükəsi olduğunu deyib. Bankların bağlanması, böhrana girməsə, bankların iflası, ödəmə kimi problemlərin də mövcudluğunu qeyd edən ekspert neftin qiymətinin daha da ucuzlaşacağını deyib.

İqtisadçı İrana qarşı sanksiyaların ləğvi ilə neftin qiymətinin daha da düşəcəyinin proqnozlaşdırıldığını vurğulayıb.

Manatın məzənnəsinə gəldikdə isə Zöhrab İsmayıl neft ehtiyatlarının azalması və neft qiymətlərinin düşməsi ilə Azərbaycanın valyutasının basqılara məruz qalcağını deyib.

May və iyun aylarında Avropa Oyunlarına görə, bank rezervlərində tarazlıq qorunub-saxlansa da, iyul ayından artıq bu tarazlığın pozulduğunu deyən ekspert Azərbaycanın Mərkəzi Bankının manatın məzənnəsini saxlamaq üçün intervensiya etməli olacağını bildirib.

“Neft ehtiyatlarının azalması ilə Azərbaycan təbii qaz idxalı ilə gəlirlərini kompensasiya edə biləcəkmi?”sualının cavabında Zöhrab İsmayıl bir il əvvəl qiymətlərin hazırkından iki dəfə artıq olduğunu və bunun adekvat olaraq gəlirlərin iki dəfə azalması demək olduğunu qeyd edib. O, Azərbaycanın yaxın 3 il ərzində qaz ehtiyatlarının hasilatına başlanacağına, lakin bunun neft gəlirləri itkilərinin kompensasiya edə bilməyəcəyini bildirib.

Bunu qazın qiymətinin də aşağı düşməsi ilə izah edən Zöhrab İsmayıl Azərbaycanın qaz ixracı ilə bağlı layihələrinin çətinliklərlə üzləşəcəyini proqnozlaşdırıb.

XS
SM
MD
LG