Accessibility links

İsmayıllı sakini ayı hücumuna məruz qalıb


İsmayıllı rayonunda yerli sakinin ayının hücumuna məruz qaldığı bildirilir.

"Report"un xəbərinə görə, hadisə Xanagah kəndinin 69 yaşlı sakini İsmayıl Rəsulovun yaşadığı evin həyətyanı sahəsində baş verib.

İtburnu yığarkən qəflətən ayının hücumuna məruz qalan həmin şəxsin göz, üz, əl və kürək nahiyəsindən xəsarət aldığı bildirilir. İ.Rəsulov İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alan çoxlu qan itirsə də, həkimlərin səyi nəticəsində vəziyyətinin yaxşılaşdığı vurğulanır.

“Hadisə zamanı İ.Rəsulovun ailə üzvləri səs-küy salaraq onu ayının pəncəsindən xilas edə biliblər. Ayı qaçaraq həyəti tərk edib.”, xəbərdə yazılıb.
Xatırlatma

Azərbaycanda 5 il əvvəl İsmayıllı rayonuna qonşu Şamaxı rayonunda da
(hər iki rayonun bəzi kəndləri meşəlik ərazidə yerləşir) oxşar hadisə baş vermişdi. Ayı Talışnuru kənd yolunda piyada sakinə ağır xəsarət yetirmişdi.

Həmin hadisədən bir il əvvəl isə bu rayonun Keşmədin kəndinə ayı hücum edib və 2 nəfəri yaralamışdı.

XS
SM
MD
LG