Accessibility links

İsmayıllı işi ilə bağlı hökm oxunub


Şəki məhkəməsinin qarşısı
Şəki məhkəməsinin qarşısı

İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il həbsə məhkum edilib. Digər məhkumlar isə 2 il yarımdan 8 ilədək azadlıqdan məhrum olunub

Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri üzrə ittiham olunan 18 nəfər barəsində hökm oxunub.

Məhkəmənin hökmü ilə REAL Hərəkatının sədri İlqar Məmmədov 7 il, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu 5 il, digər müttəhimlər Səftər Ağamalıyev, Vasif İbrahimov və Anar Həsənov 8 il, Qəmbər Ağamalıyev 4 il 6 ay, Şükran Möhbalıyev 2 il 6 ay, Elşən Qurbanov 5 il 6 ay, Elşən İsmayıllı 5 il 6 ay, Cəfər Cəfərov isə 4 il həbsə məhkum edilib. 8 nəfər isə şərti azadlığa buraxılıb.

İlqar Məmmədov hökmdən öncə hakimlər zala daxil olarkən ayağa qalxmayıb və bildirib ki, “burada məhkəmə yoxdur”. O, hökmü əyləşərək dinləyib.

Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu bütün proseslər boyu ilk dəfə ayağa qalxıb. “Mən ayağa qalxdım ki, hökmü şərəflə qəbul edim”, - o, əlində Məmməd Əmin Rəsulzadənin portretini tutaraq deyib.

Hökmdən sonra zaldakılar iqtidarı kəskin tənqid edib və məhkəmənin hökmünü sifarişli
adlandırıb.

2013-cü il yanvarın 23-24-də İsmayıllıda kütləvi iğtişaşlar baş verib. Buna İcra Hakimiyyəti başçısının yaxınlarının və qohumlarının yerli əhali ilə kobud davnanması səbəb olub. Qəzəblənən yerli sakinlər “Çıraq” otelini yandırıblar, sonra şəhərdə rayon rəhbərliyinin istefasını tələb edən sakinlərlə polis arasında qarşıdurma yaranıb
XS
SM
MD
LG