Accessibility links

ABŞ-da insan alverinin qurbanları çox vaxt sənədsiz ispandilli qadınlar olur


ABŞ-da insan alverinin qurbanları çox vaxt sənədsiz ispandilli qadınlar olur
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Qeyri-hökumət təşkilatı olan "Dünya uşaqları"nın hesablamalarına görə, təxminən 21 milyon nəfər insan alveri qurbanıdır. Onların əksəriyyəti Latın Amerikasından sənədsiz ispandilli qadınlardır ki, sənədləri olmadığı və hökumət orqanlarından yardım istəməkdən çəkindikləri üçün onları izləmək çətindir.

Birləşmiş Ştatlarda sənədsiz ispandilli qadınlar çox vaxt insan alverinin qurbanı olur. Ekspertlərin dediyinə görə, deportasiya edilməməmələri üçün həmin qadınların kölə şəklində yaşamağa razı olmaları cinayətkarlar üçün bir fürsətdir. “Bəzi hallarda həmin qadınlar xidmətçi olaraq işləyir. İşə götürən həmin qadının paspotrunu alıb gizlədir və ailəsi ilə əlaqə saxlamağı qadağan edir. Həmin qadınların əksəriyyəti ispandillilərdir” deyə. Heydi Alvarez bildirir.

Heydi Alvarez Mariland Universitetinin əmək istismarı və insan alveri qurbanlarını dəstəkləyən sosial xidmətlər üzrə “S.A.F.E” təşəbbüs qrupunun direktorudur. “Bəzən sənədsiz insanlar polisə müraciət etməkdən, yardım istəməkdən qorxur.”

Birləşmiş Ştatlar Daxili Təhlükəsizlik Departamentinin açıqladığı hesabatda yalnız 2018-ci ildə insan alveri cinayətkar təşkilatlara 150 milyard gəlir gətirib. Ölkə boyu yardım üçün isə 41 min telefoin zəngi olub. Co Ceronimo: “Kişilərə gəldikdə, tikinti biznesində və ya kənd təsərrüfatında çox sayda qurban görürsən. Qadınlara əsasən ev işlərində və ya qeyri-qanuni masaj salonlarında rast gəlirsən. "

Co Ceronimo Daxili Təhlükəsizlik Departamentinin təhqiqat üzrə katibinin müavinidir. O, sənədsiz mühacirlərin daha həssas olduğunu deyir. “Bu, insan alveri ilə məğul olan təşkilatlarının istismar sahəsidir. belə ki, mühcirət satuslarına görə bu insanlar hüquq-mühafizə orqanlarından çəkinir. Məhz bunu bir zəiflik kimi qiymıtləndirirlər. Sanki şikara çıxırlar."

İspanların çoxluq təşkil etdiyi Merilənd ştatı Montqomery mahalının yerli millət vəkilləri bu barədə danışmağın son dərəcə vacib olduğunu deyirlər. Tom Haker: “İnsanlar döyülür, məcburi narkotik qəbul etdirilir, cinsi əlaqəyə girməyə və ya aylarla, hətta illərlə müxtəlif işlər görməyə məcbur edilir. Onların bizim dəstəyimizə çox ehtiyacları var. İctimaiyyət bundan xəbərdar olmalı, bunları hüquq-mühafizə orqanları və ya yerli hökumətlərin diqqətinə çatdırmalıdır. ”

Rəsmilər sosial media ilə də ehtiyatlı olmağa çağırır. Belə ki, onlar mövcud olmayan iş yerləri haqda məlumat yayan kriminal qanqterlərin qurbanına çevrilə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG