Accessibility links

ABŞ səfirliyi İspan İrsi Aylığı ilə bağlı təqdimat keçirib

ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ-da keçirilən İspan İrsi Aylığı ilə bağlı Azərbaycan Dillər Universitetində təqdimat və konsert təşkil edib. Təbirə Meksikanın Azərbaycandakı səfirliyi də dəstək verib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, bu ayın keçirilməsində məqsəd Latın Amerikası əsilli amerikalıların ABŞ-a verdiyi töhfəni qeyd etməkdir.

“ABŞ-da 55 milyon latın amerikalı yaşayır və əhalinin 17 faizini təşkil edir. Onlar bizim ən böyük etnik və irqi azlığımızdır. Onlar cəmiyyətin bütün sahələrinə töhfə veriblər. Biz Birləşmiş Ştatlarda müxtəlifliyi gücümüzün mənbəyi kimi görürük”, səfir qeyd edib.

Cənab Sekuta Azərbaycanda da tarixən tolerantlığa dəyər verildiyini deyib.

“Bu il Azərbaycan multikulturalizm ilini qeyd edir. Biz müxtəlifliyə bu ortaq yanaşmanı dəyərləndiririk".

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bildirib ki, İspan dili Latın Amerikası ölkələrini birləşdirir. O, hətta Azərbaycan dilinin türk dili ilə oxşarlığını da bu əsnada nümunə göstərib.

Sonra ABŞ-ın "Matuto" qrupunun çıxışı olub. İspan rəqsləri ifa olunub.


Daha çox yüklə

XS
SM
MD
LG