Accessibility links

İspaniyada qeyri-adi ənənəvi festival keçirilib


San Bartolome kəndində yüzlərlə insan atların üstündə alovun üzərindən keçib

İspaniyada bir kənddə sakinlər heyvanların hüquqlarını müdafiə edən bəzi fəalların qəzəbinə səbəb olmuş qeyri-adi ənənəvi mərasim keçirib.

Heyvanların müqəddəs müdafiəçisi kimi tanınan Müqəddəs Antonio Günündən bir gün əvvəl İspaniyanın Avila vilayətinin San Bartolome kəndində yüzlərlə insan atların üstündə alovun üzərindən keçib.

Ənənəvi festival 18-ci əsrdən bəri qeyd edilir və alovun tüstüsü ilə heyvanların təmizləndiyinə və bunun qarşıdakı ildə heyvanları qoruyacağına inanılır.

Tənqidçilər bu tamaşanın heyvanların müdafiəsi qanunlarını pozduğunu iddia edir.

Lakin regional hökumət atları müayinə edən baytarların alovun atlara hər hansısa zədə yetirdiyini aşkar etmədiklərini bildirib.

XS
SM
MD
LG